adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

CIRILMAQ QƏZETLƏRiN, SÖNDüRüLMƏK TELEViZiYALARIN HAQQIDIR

CEYHUN MUSAOĞLU
25237 | 2007-11-29 03:47
"Qəzetlərdə heç nə yoxdur". Bu ifadə elə bil jurnalistlərin dilində bitib. Həm də bu "bitki"ni ala qotur kimi burdan təmizləyirsən, ordan çıxır. Təfəkkürümüz alaq içindədi, intellektimiz çayırla doludu, ideologiyamızdan neçə illərdi günəş də boylanmır ki, istisindən bəhərimiz üzümüzə gülsün. Pinti bağ-bağçada sərçə də cikkildəməz.
   
    Bizsə adamıq. Oxumaq, oxuduqlarımızdan nəticə çıxartmaq, çıxardıqlarımızı dünyanı idarə edənlərin qıyğacı gözünə soxmaq istəyirik. Amma nə oxuyaq, haradan oxuyaq? Qələmini əlində təsbeh kimi çevirən yeni nəsil təsbehinə də qələm kimi baxan köhnə nəslin yazdıqlarını bütünlüklə rədd edir.

TƏQVİM / ARXİV