Rusiyaya qarşı yeni sanksiyalar paketini açıqladı - 38 qurum, 24 şəxs...
Kanada hökuməti Rusiyanın müdafiə sənayesini, ballistik raket texnologiyalarının inkişafını və kiberəməliyyatlarını hədəf alan yeni sanksiyalar paketini qəbul edib.
Adalet.az xəbər verir ki, Kanada Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, nazir Anita Anand Parisdə keçirilən G7 Xarici İşlər Nazirlərinin Görüşü çərçivəsində bu barədə ətraflı məlumat paylaşıb.
Yeni məhdudiyyətlər siyahısına ümumilikdə 38 qurum və 24 fiziki şəxs daxil edilib.
Qeyd olunub ki, sanksiya siyahısındakı subyektlər Rusiyanın hərbi imkanlarının gücləndirilməsində, ballistik raketlərin hazırlanmasında və kiberfəaliyyətlərdə birbaşa rolu olan aktorlardır. Yeni məhdudiyyətlər həmçinin maliyyə sektorunu, o cümlədən kriptovalyuta birjalarını əhatə edərək Moskvanın Ukraynadakı müharibəni maliyyələşdirmək imkanlarını məhdudlaşdırmağı və iqtisadi xərcləri artırmağı hədəfləyir.
Anita Anand qeyd edib ki, tətbiq edilən tədbirlər Rusiya Prezidenti Vladimir Putinin Ukrayna şəhərlərini raketlərlə hədəf almaq qabiliyyətini zəiflətmək məqsədi daşıyır. Ukraynaya qətiyyətli dəstəyin davam edəcəyini vurğulayan nazir Rusiyanın hərbi təcavüzünə son qoyulana və Ukraynanın ərazi bütövlüyü bərpa olunana qədər sanksiya təzyiqlərinin artırılaraq davam etdiriləcəyini bəyan edib.
Digər Xəbərlər
10 Noyabr 2026 00:10
Hörmüz 8 milyard qarşılığında açılacaq? - Tehrandan CAVAB
10 Noyabr 2026 00:00
Əməliyyatı illərlə cərrah yox, xadimə edib – Özəl xəstəxanada qalmaqal
09 Noyabr 2026 23:47
Ermənistan və İranın Azərbaycana qarşı növbəti özbaşınalığı
09 Noyabr 2026 23:29
Ağ Evdə təhlükəsizlik tədbirləri gücləndirildi - SƏBƏBİ - VİDEO
09 Noyabr 2026 23:17
İzmirdəki partlayışa görə 6 nəfər saxlanıldı
09 Noyabr 2026 21:12
İran İbrahim Kalının bəyanatını təkzib etdi
09 Noyabr 2026 21:05
Orbanın qardaşı insan qaçaqçılığına görə tutuldu - Madyarı qisasda ittiham etdi
09 Noyabr 2026 20:44


Bakı -°C

