“CinemaPlus”da “Bayram axşamı” filmin imza günü baş tutdu - Foto- Video
"Cinemaplus” 28 Mall kinoteatrında tamaşaçılarda böyük ajiotaj yaradan "Bayram axşamı” filmin imza ğünü keçirilib. Adalet.az xəbər verir ki, tədbirdə filmin yaradıcı həyəti iştirak edib, gələn qonaqlar ilə xeyli şəkil çəkdirib, avtoqraf paylamışdırlar. "Bayram axsami" filminin prodüseri Murad Dadaşov hər kəsi salamlayaraq, filmin çəkiliş prosesində baş verən maraqlı hadisələrdən danışıb. Daha sonra yaradıcı heyət tamaşaçılar ilə birgə zala daxil olaraq, filmi izləyiblər.

İmza gününün keçirildiyi növbəti məkan Gəncə şəhərində yerləşən"Cinemaplus” Xəmsə kinoteatrı olub. Gəncə sakinlərinin uzun müddət gözlədiyi sevimli aktyorlar şəhərə xüsusi bəzənmiş avtobusda gəliblər. Bu da tamaşaçılar tərəfindən çox böyük marağa səbəb olub. Tədbirə qatılan tamaşaçıların sayı gözlədiyindən də artıq olduğuna görə, filmin ulduzlar ilə nümayişi üçün daha bir zal ayrılıb.
Filmin İmza günlərini "CinemaPlus” şəbəkəsinə daxil bütün kinoteatrlarda təşkil etmək planlaşdırılır. .
"M Group Production”ın yeni layihəsi - "Bayram axşamı" tammetrajlı bədii filmi həm şirkətin ilk kinematoqrafiya işi, həm də gənc rejissorun debütü olub.

Toğrul Məmmədov təkcə rejissorluq vəzifəsini öz üzərinə götürməyib, həm də Fariz Əliyev və Cəmil Məmmədli ilə əməkdaşlıq nəticəsində filmin ssenari müəllifi kimi çıxış edib. Layihənin prodüseri, "M Group Productionun” rəhbəri və Azərbaycanın əməkdar artisti Murad Dadaşov isə filmdə epizodik rollardan birini oynayıb.
Novruz bayramına həsr olunmuş filmdə Hollivud filmlərindən məlum olanyeni texnologiyalardan, mürəkkəb qrafika işləri və müasir kompyuter üsullarından istifadə olunub.
Film tamaşaçıların gurultulu alqışları ilə qarşılanıb. Yaradıcı kollektiv filmin komediya həvəskarlarının ürəyini fəth edəcəyi ilə bağlı xoş sözlərə və ümidlərə görə minnətdarlığını bildirib.
Filmin məzmunu: ekran əsəri Bayram adlı uğursuz oğlanın şirkət sahibinin qızına vurulmasından bəhs edir. Əsas hadisələr Novruz bayramı ərəfəsində cərəyan edir. Bayram uğursuzluğa son qoymağı qərara alır. Novruz bayramı ənənəsinə görə, bu arzunun həyata keçməsi üçün tonqalın üstündən tullanmaq lazımdır. Lakin o səhər yeni doğulmuş körpənin başı ilə əvvəlki Bayrama çevrilir.
Filmdə əsas rolları əməkdar artist Əkbər Əlizadə və Elxan Quliyev, habelə artistlər Oksana Rəsulova, İslam Mehrəliyev, Cəmil Məmmədli və Asya Abdullayeva oynayıblar. Filmdə həmçinin xalq artisti Firəngiz Mütəllimova, əməkdar artist Nahidə Orucova, aparıcı Xose Bernardo, müğənni Miri Yusif və başqaları rol ynayıblar.
Filmin icraçı prodüseri İsmayıl Bağırov, stilist və vizajist - Nura Babayeva, kostyumçu - Aygün Mahmudova, qrim ustası Mehriban Nemətova, operator Rauf Qurbanəliyevdir.
"CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.
Digər Xəbərlər
04 Noyabr 2025 11:01
Zəka Vilayətoğlu - SEÇİLMİŞ MAHNILAR
31 Oktyabr 2025 18:05
Xalq artisti xəstəxanaya yerləşdirildi
31 Oktyabr 2025 17:22
“Dünyanı uşaqlara verək!”
30 Oktyabr 2025 15:21
Qədimdən bu günə qədər gələn Türkiyə çörək irsi - FOTOLAR
30 Oktyabr 2025 08:26
Leyla Əliyeva "Hirkan" filminin təqdimatında
28 Oktyabr 2025 11:49
Leyla Əliyeva xalçaların toxunma prosesində iştirak etdi - VİDEO
27 Oktyabr 2025 14:05
Azərbaycan və Özbəkistanın milli teatrları əməkdaşlığa başlayır
27 Oktyabr 2025 11:28


Bakı -°C

