adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
28 Yanvar 2019 10:58
50285
LAYİHƏ

Cinayətkarla dərsə gedən müəllim… - DƏRS OTAĞI

"Dərs otağı” adlı layihəsayəsində müəllimlərimizin həyat hekayətləri, müəllimlik fəaliyyətləri, şagirdlərləmünasibətlər, yaşadıqları çətinliklə rhaqqında öyrənə biləcəksiniz. Bizi yetişdirənvə cəmiyyətə qazandıran müəllimlərin həyatına işıq tutan layihədə "uşaqlarınşəhəri"nə də bərabər səyahət edəcəyik. Bu dəfəki qonağımız Xızı rayonu,Türkoba ümumi kənd məktəbinin müəllimiyəm.


Qısatanışlıq

Emin Piriyev Sabir oğlu. 1986-cı ildə Cəlilabad rayonunun Adnalı kəndindəanadan olmuşam. Sumqayıt şəhərində "Şərq” liseyində oxumuşam. (indiki 35saylı məktəb)Ağdamda tağım komandiri olmuşam ( leytenant). Xızı rayonu, Türkoba kənd Ümumi məktəbininmüəllimiyəm.

Üç ildir, müəllimliklə məşğulam. Əvvəllər saytlar,qəzetlərlə əməkdaşlıq edirdim. Doğrusu, yoruldummu deyim, yoxsa başqa maraqsahələri axtardımmı deyim, bilmirəm. Onda gördüm ki, müəllimlərin işə qəbulimtahanına hazırlaşıram. Beləcə imtahan verdim. Maksimal bal 60 idi, 56 baltopladım.


Müqəddəshədiyyə

Kimdən soruşsan deyəcək ki, müəllimliyi müqəddəs sənətolduğuna görə seçdim. Və yaxud xalqı aydınlatmaq və.s. Kiminsə günahını almaqistəmirəm, amma deməzdim ki, məndə tam olaraq belədir. Dediyim kimi başqa sahəaxtarırdım, Şəhər mühiti isə məni sıxırdı. Uzaq durmaq, həm işləmək, həm dəucqar bir yerdə mütaliə etmək, yaradıcılıqla məşğul olmağa ehtiyacımyaranmışdı. Diplomum da buna imkan verdiyinə görə uzaqlaşa bildim. Amma indideyə bilərəm ki, işlədiyim bütün sahələrdən ən hüzurlusu elə bu imiş. Başqalarıdəyər verməsə belə özünü dəyərli hiss edirsən. Aldığın bir manat pul belə sənəmüqəddəs hədiyyə kimi görünür. Ailəmizdən elə də çox müəllim olmayıb. Ammababam əlli ilə yaxın kənddə müəllim işləyib.

İlk dəfə müəllimliyə Siyəzən rayonunun dağ kəndlərində başladım. Orda yaşayırdım.Müəllimlərlə kirayə ev tutmuşduq. Düzü, mənə adrenalin kimi görünürdü. Qışınəksər ayları qar, odunla qızdırılan ev.

Elə kənd məktəbləri var ki, şəhər məktəblərindən həmşəraitinə, həm də tədrisinə görə üstündü. Eləsi də var ki, XXI əsrə hələ qədəmqoya bilməyib. Sadəcə deyə bilərəm ki, kənd məktəblərində, xüsusən,kiçiklərində hamı bir-birinə qohum olur, ayrıca başqa bir doğmalıq olur.Şəhərlə müqayisə tam olaraq doğru deyil. Əksinə kənd uşaqları ilə işləmək dahamaraqlı, eyni zamanda daha rahatdı. Məncə şəhərdə daha çox yorulardım. Kənddəhələ də müəllimə hörmət daha çoxdur. Şəhərdə otağa girib dərsə başlayırsan.Amma bəzi kəndlər var ki, sənin əsas işlərindən biri odun peçiyləilgilənməkdir. Fərqli şəraitlər, fərqli fəaliyyətlər ortaya çıxara bilir.

Dərs,zarafat...

Özümüz məktəbli olanda qorxurduq ki,nəsə deyərik, müəllim vurar, və yaxud kobud söz deyər. Mən şagirdlərləzarafatlaşıram da, dərsi də keçirəm. Diktator olmağıma, özümümüqəddəsləşdirməyimə ehtiyac yoxdur. Döyməyə gəldikdə isə sizcə döyən müəllimbunu mətbuata açıqlayarmı? Məktəbdə zor tətbiq etməyin müdafiəçisi olmaq sadəcəgülməlidir. İndi müasir dövrdü, facebookda məni izləyirlər, bayramlarda,şeirlərimlə bağlı, və yaxud hardasa dərc olunanda yazırlar.


Cinayətkarladərsə gedən müəllim

Siyəzəndə dağ kəndi olduğundan dahamaraqlı hadisələr olurdu. Bir dəfə məktəbin qabağında durmuşduq, canavarməktəbin qabağına gəlib quzunu belinə atıb getdi. Bu tip şeylər məndə qorxuyox, maraq yaradır. Səhər vaxtı kəndə marşrut işləmir. Belə olduğu halda 5-6km-lik yolu piyada getməli olursan. Amma sağ olsun, yerli camaat, yolda birinigörəndə maşınla kəndə aparır. Yəni pulsuz-parasız. Beləcə kamaz, motosiklet,minik maşını, nə gəldi minib gedirəm. Bir növ avtostopla.

Bir dəfə tezdən gedəndə dəhşətyağıntılı idi, özümsə donurdum. Bir maşın da qabağıma çıxmırdı. Polis maşınıgördüm, özümü qabağına atdım. Maşının arxasında saxlanılanlarçün yer olur, yənicinayətkarçün. Dedilər, qabaqda polislərdi, arxada cinayətkar, səni necəaparaq. Dedim canini buraxın, məni aparın. Lazımdısa onun yerinə lap mənitutun. Bir neçə zarafatımdan sonra razılaşdılar. Nə isə, axırda polisin biri düşdü, onun yerində oturdum. Geriqayıdıb məni kəndə apardılar.


Üç-dördsinifli şagird

Şəhər mühitində marşrutlardanistifadə etdiyimə görə bəzi yerlərin qaydasını bilmirdim. Misalçün, biz tərəfdəavtobusa ön qapıdan minmək olmaz. Yəni, xanımlarla üz-üzə gəlməyəsən deyə.Hətta arxada nə qədər basabas olsa da, yer olmasa da, yenə arxa qapıdanminməlisən. Bu mənimçün yenilik idi. Kənd yerlərində elə məktəblər var ki, cəmi30-40 şagirdi var. Hətta bəzi kəndlərdə 20 şagirdli məktəblər də var. Eləsiniflər olur ki, cəmi 3-4 şagirdi olur. O şagirdlərin əslində bəxti gətirib.Hazırlığa getmədən rahatlıqla məktəbdə yüksək hazırlıq keçə, heç bir xərc,əlavə vaxt itirmədən istədiyi yerə qəbul ola bilərlər.


Ad gününndə pul yığan müəllim

Müəllim və digər insanlar qarışıqcəmiyyətlik problemdir. Bizim cəmiyyətdə hörmət peşənin gəlirindən aslıdır.Hazırda müəllimlər digər sahələrdən aşağı maaşlı olduğuna görə təbii ki, beləolacaq. Misalçün, prokurorun maaşı bir neçə yüzdür. Amma hamı bilir ki, onungəliri nə qədərdi. Təbii ki, prokuroru qoyub müəllimə hörmət etməyəcək.Müəllimlər var ki, onlar da bəzi vəzifə sahibi kimi rüşvət ala bilər. Ammaonlar qədər deyil. Yəni söhbət müəllimin pul yığmağında da deyil. Kim daha çoxpul yığa bilirsə, ən hörmətli də odur. Söhbətin kökünü cəmiyətin qeyri leqalpullara hörmətində görmək lazımdır. Xüsusən də onun məbləğində. Eyni zamandabəli, xüsusən, şəhərdə eşitdiyimhadisələr adamın tükünü ürpədir. Müəllim ad gününə görə şagirdən pul yığırsabuna ad verməyə çəkinlik çəkirəm. Sadəcə iyrənclikdir.

Dərsdən əlavə repetitorluqla məşğulolmuram. Mən işlədiyim məktəb kiçik məktəbdir. Yəni istəsən belə elə birhazırlıq prosesi olmur. Uşaqlar elə dərsdə öyrənsələr bəsləridir. Ara-sıraməşğul olmuşam. Düzü başqa planlarım var. Ola bilsin, şəhərdə kurslardan birindəyenidən başlayacam.

Bütün peşələrdə sıxıntılar,problemlər olur. Bu bütün peşələrdə olur. Problem bircə bankdır ki, dərsipozur, dərs vaxtı zəng edir ki, krediti gətir, ödə! (gülür)


Son

İxtisasım tarixdir. Ədəbiyyatolsaydı, oxuyardım. Amma belə arada tarixlə bağlı ola bilir. Onlar onsuz dadaha çox sosial şəbəkələrdən, mediadan oxuyurlar. Özümün şeir oxumasına ehtiyacqalmır. Həm öz maraqlarım naminə şagirdləri öz təbliğatıma alət etməyi sevmirəm.Özləri bir peşə sahibi olub ondan sonra mənim yaradıcılığımla maraqlansa olar.

Xüsusi,ayrı-seçkilik etmək istəməzdim. Hərəsinin öz yeri var. Amma mənim dərsimi öyrənənhər şagird mənə doğmadır.