Yardımlıda narkokuryerlərdən 15 kiloqram marixuana aşkarlandı
Yardımlıda narkokuryerlərdən 15 kiloqram marixuana aşkarlanıb,
Adalet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə paytaxt sakinləri Bədir Mürsəlov, Şəhriyar Əndəlifov və Mahir Abdullayev saxlanılıblar. M.Abdullayevin idarə etdiyi “Toyota” markalı avtomobilə baxış zamanı 15 kiloqram marixuana, Bədir Mürsəlovun üzərindən isə metadon həbləri aşkarlanıb.
Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar aparılır.
Qeyd edək ki, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının cari ilin ötən dövrü ərzində keçirdikləri əməliyyatlarla ümumilikdə 126 kiloqram narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
Digər Xəbərlər
04 Aprel 2026 11:51
Polis qanunsuz saxlanılan tüfəngləri aşkar etdi
04 Aprel 2026 10:56
"Yaralı halda yarım saat kömək istəyib" - Dəhşətli qətlin detalları - VİDEO
02 Aprel 2026 11:11
Cinayətdə şübhəli bilinən 35 nəfər saxlanıldı
02 Aprel 2026 09:53


Bakı -°C

