adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
02 Iyul 2022 17:45
691
İDMAN

Çimərlik futbolçularımız Almaniyanı məğlub etdi

Çimərlik futbolu üzrə Azərbaycan millisi Portuqaliyanın Nazare şəhərində keçirilən Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

Adalet.az xəbər verir ki, yığmamız B qrupunun II matçında Almaniya kollektivi ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan millisinin 5:4 hesablı qələbəsi ilə yekunlaşıb.

Əvvəlki görüşdə İtaliyaya 3:7 hesabı ilə uduzan komanda iyulun 3-də İspaniya ilə qarşılaşacaq.