CHP-nin yeni lideri Özgür Özel kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Türkiyənin Cumhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel seçilib. O, 812 səs toplayaraq rəqibi, partiyanın hazırki sədri Kamal Kılıçdaroğluna qalib gəlib.
Adalet.az partiyanın 8-ci başqanının avtobioqrafiyasını təqdim edir:
Manisa millət vəkili Özgür Özel 1974-cü ildə Manisada anadan olub. Ege Universitetinin Əczaçılıq Fakültəsində bakalavr təhsili alan Özel 1999-cu ildə əczaçı kimi fəaliyyətə başlayıb.
2001-2007-ci illər arasında əczaçı, 2007-2011-ci illərdə isə Türkiyə Əczaçılar Birliyində mühasib işləyib. 2011-ci ildə CHP-dən deputat kimi ali qanunverici orqana daxil olub, 4 il sonra isə partiyanın deputat qrupunun sədri olub.
Yeni başqan alman və ingilis dillərini bilir, evlidir, bir övladı var.
Qeyd edək ki, 1923-cü ildə qurulmuş CHP Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf Partiyasından sonra ölkədə ikinci güclü partiyadır.
Digər Xəbərlər

Putin Şahbaz Şəriflə görüşüb

"NATO başqa məsələdir" - Putin

Rusiya Odessa və Nikolayev vilayətlərini özününki hesab edir..?

Husilər İsraili təhdid edir

Qazaxıstan və Çin 15 milyard dollarlıq müqavilələr imzalayıb

Keçmişdə Ermənistan digər dövlətlərin hesabına mövcud olub

"CNN": "Titanik"in axtarışları ABŞ HDQ-nin əməliyyatını gizlətmək məqsədi daşıyıb
