Cəza çəkməkdən azad edilmiş şəxslərlə bağlı tədbir…
Cəza çəkməkdən azad edilmiş şəxslərin məşğulluğunun artırılması mövzusunda dəyirmi masa keçirildi.
“Vətəndaş Cəmiyyəti Uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi” Avropa İttifaqı və BMT İnkişaf Proqramının dəstəyi ilə “Keçmiş məhkumların məşğulluğunu artırmaqla təkrar cinayətkarlığın azaldılması” layihəsinin icrasını yekunlaşdırmışdır. Layihə çərçivəsində bir sıra ictimai dəstək alətlərindən istifadə olunmuş, bir neçə istiqamətdə fəaliyyətlər həyata keçirilmişdir. Təşkil olunan Dəyirmi Masada bir çox dövlət qurumları və vətəndaş cəmiyyəti təmsilçiləri, o cümlədən Ombudsman Aparatı, Daxili İşlər Nazirliyi, Milli QHT Forumu, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin və Hüquq və İnsan Haqları İnstitutu təmsilçiləri iştirak etmişlər. Tədbirdə ilk olaraq layihənin icrası zamanı görülmüş işlər təqdim olunmuşdur.
VCU Məşğulluq orqanlarının göstərdiyi xidmətlərin keyfiyyətinin öyrənilməsi məqsədilə qurumun internet resursunda monitorinq aparmış, informasiya sorğuları vermiş, eləcə də Agentliyin Gəncə və Göyçay Peşə təhsili mərkəzlərinə başçəkmələr həyata keçirmişdir. Qeyd olunmuşdur ki, peşə təhsilinə cəlb olunan keçmiş məhkumların statistikasının aparılmaması bu sahədə görülən işlərin ölçülməsinə imkan vermir.
VCU eyni zamanda cəzaçəkmə müəssisələrində informasiya sessiyaları keçirmiş, azadlığa çıxmağa hazırlaşan məhkumlarla preventiv hazırlıq işləri aparmış, keçmiş məhkumların sosial adaptasiya proqramı, məşğulluq imkanları , qanunvericilikdə nəzərdə tutulmuş güzəştlər barədə geniş məlumatlar verilmişdir. Təqdimat zamanı, həmçinin aparılmış sosioloji tədqiqatın nəticələri açıqlanmış, nəşr olunmuş maarifləndirici materiallar nümayiş etdirilmişdir.
Dəyirmi Masada çıxış edən şəxslər layihə çərçivəsində görülən işlərin, eləcə də problemin gündəmə gətirilməsinin vacibliyini, ölkəmizdə təkrar cinayətkarlığın qarşısının alınmasının əsas açarının keçmiş məhkumların məşğulluğunun təminatı olduğunu vurğulamış, bir sıra mühüm təkliflər irəli sürmüşlər. VCU rəhbəri Rafiq İsmayılov səslənən təkliflərin gələcək fəaliyyətlərində nəzərə alınacağını, bu sahədə davamlı iş aparılacağını bildirmişdir. Qeyd olunmuşdur ki, Mərkəz hazırda keçmiş məhkumların üçün peşə təhsili bazasının yaradılması layihəsi üzərində işləyir, bununla bağlı müvafiq dövlət qurumları ilə danışıqlar aparır.
Digər Xəbərlər
13 Mart 2026 09:00
DÜNYAYA TÖHFƏ VERMƏK HƏR ÖLKƏNİN İŞİ DEYİL
06 Mart 2026 09:00
İMİŞLİDƏ MÖHTƏŞƏM ABADLIQ İŞLƏRİ
27 Fevral 2026 09:00
AZƏRBAYCAN GƏNCLƏRİ DÜNYANIN ƏN İSTEDADLISIDIR
20 Fevral 2026 09:00
ERMƏNİLƏR QARABAĞ SAVAŞINDA AZƏRBAYCANA YÜZ MİLYARDDAN ÇOX ZİYAN VURUBLAR
06 Fevral 2026 09:00
ONLAR HEÇ VAXT ÖLÜMDƏN QORXMADILAR
30 Dekabr 2025 16:17
“Azərbaycanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması” layihəsi çərçivəsində təltifetmə tədbiri keçirilib
30 Dekabr 2025 15:52
“Yaşıl ASAN” ekoloji proqramı çərçivəsində “Balaca Ekoloqlar” layihəsi davam edir
29 Dekabr 2025 08:30


Bakı -°C

