adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
07 Mart 2018 14:30
19637
MARAQLI

Cenevrə avtomobil sərgisindən reportaj

Cenevrə AvtomobilSərgisi 88-ci dəfə qapılarını avtomobil sevənlərə açdı.

Hər ilin mart ayındatəşkil olunan sərgi dünya bazarının diqqəti mərkəzində olan sərgilərdənbiridir. Sərgi bu il martın 6-7-si tarixlərində jurnalistlərə, 8-18 marttarixlərində də xalqa qapılarını açıb.

Bu il sərgidə görməyə öyrəşdiyimiz mankenlərin əvəzinəmarka və məhsul biliciləri yer alacaq ki, bu da potensial müştərilərinməhsullar haqqında daha yaxşı informasiya almağına şərait yaradacaq.



CITROEN C4 CACTUS


Citroen C4 Cactus yenilənən dizaynı və komfortu ilə 2018-in ikinci rübündənetibarən yollara çıxacaq.

Citroenin yeni kompakt hatbakavtomobili C4 Cactus 31 fərqli gövdə birləşməsi, 5 fərqli salon rəngi,multimediya özəllikləri, təkmilləşdirilmiş güvənlik sistemi ilə birlikdə,benzin və dizellə işləyən motorunda yerləşdirilmiş avtomotik enerji cihazı iləgöz oxşayır.

 

BMW M8 CONCEPT


BMW, M8 konsept avtomobili iləluks avtomobil anlayışına fərqlilik gətirmək istəyir. Cenevrədə sərgilənənavtomobil əslində istehsal olunması planlaşdırılan Gran Kupenin 4 qapılıvariantıdır.

M8 M6 modelinin yerinitutacaq bu avtomobil.


X4


Yeni BMW X4, orta ölçülü avtomobil sinfinin premium seqmentində yer alan ilkSpor Aktvite Kupesidir. Dünya üzrə 200 min satış sayına sahib olan bu modelindi daha yeni dizayna sahibdir. Salon dizaynı sport stildədir, idarə sistemison texnologiyaya uyğunlaşdırlıb.

KIA CEED


Sərginin ən iddialı modelləri arasında olan Ceed-in yeni nəsli ilə birlikdə adıda dəyişir. Əvvəlki nəsildə Cee"d olaraq satışa çıxarılan model, yeninəsil ilə birlikdə Ceed olaraq öz yoluna davam edir.

AUDI A6


A6 nəslinin əvvəlkimodellərinə baxanda daha həfif, daha dinamikdir. Avtomobil klassikləşən Audidizaynının davamıdır. Xüsusilə ön tərəfdən baxanda altıbucaqlı mühərriknəfəsliyi ilə diqqəti çəkir. Yan profildən baxanda isə yüksək çiyin cizgilərivə kiçik qalan yan şüşələr bizə A6-nın əvvəlki versiyasından da tanış gəlir.Arxa tərəfinə baxanda isə stopların ortasından başlayan və yük yerinin qapağınabirləşən xətt bu modelə ayrıca gözəllik verir.

 

MERCEDES-BENZ AMG GT4 


Mersedes Benzin performansmodeli olan bu modelin artıq dörd qapılı versiyası da mövcuddur. Cenevrədətanıdılan avtomobil dizayn olaraq sport stildədir və digər sport modellərdəndaha fərqlidir. Nə qədər gözəldir deyə soruşsanız, deyərdim ki, o qədər dəyaxşı alınmayıb bu model. Ancaq yüksək performansına bir sözüm yoxdur.

Avtomobil 4 litrlik V8mühərrikə malikdir. Bu mühərrik AMG E63 modelində gördüyümüz bir mühərrikdir vəavtomobil 100 km/saat sürəti 3,5 saniyədə yığıa bilər. 

ardı var...

türkcədən çevirən Emin Akif