adalet.az header logo
  • Bakı -°C
19 Iyun 2020 09:16
87477
ŞOU-BİZNES
A- A+

Cəmil Əfəndi və müğənni Nəfəs: Eşq yaşayırlarmı?

Yadınızda olar: Aqşin Fatehin duet ortağı müğənni Nəfəs sosial şəbəkə istifadəçilərini xeyli qəzəbləndirmişdi. O, biabrçı hərəkətinə görə, heç də yaxşı qarşılanmamışdı. Beləki, Nəfəs marketdə alış-veriş zamanı istifadə olunan arabanın içində oturaraq şəkil çəkdirib, sosial şəbəkədə paylaşmışdı.

Fotonu görən hər kəs ona sərt reaksiya göstərərək müğənnini tənqid etmişdilər. O vaxt izləyicilərdən biri "sənin yiyən var?”-deyə müğənniyə ritorik bir sualda ünvanlamışdı.

İndi həmin izləyiciyə burdan səslənərək bildirirk ki, deyəsən Nəfəs özünə "yiyə” tapıb.



Adalet.az xəbər verir ki, müğənni Cəmil Əfəndi həmkarı Nəfəslə şəklini yayımlayıb. sosial şəbəkədə paylaşdığı fotoya bu sözləri qeyd edib: "Dostluq da sevgi qədər dəyərlidir”.Onun bu sözləri izləyiciləri qıcıqlandırıb. Onlar Cəmillə Nəfəsin sevgili olduqlarını qeyd ediblər və oğlanla qızın dostluğuna inanmadıqlarını vurğulayıblar.

Əntiqə Rəşid