adalet.az header logo
  • Bakı -°C
21 May 2026 15:06
69
ŞOU-BİZNES
A- A+

Ofelya Şabanova: “Bəzi qızlar ailə qurmaq istəmirlər”

İfalarından çox  şəxsi həyatı ilə gündəm olan Ofelya Şabanova yenə də eyni mövzu ilə gündəmdədir.

Adalet.az-a danşan müğənni efirlərə daha çox  sənəti ilə yanaşı şəxsiyyətiylə də seçilən ifaçıların çağrılmasını istəyir:

“Bilirsiniz, oxumaq da gözəldir, istedad da mütləqdir. Ancaq bütün bunlardan üstün bir məqam var ki, o da insanın şəxsiyyətidir. Düşünürəm ki, insan hansı peşəyə sahib olursa olsun, əsas odur ki, xarakterli və dürüst adam olsun. Kiminsə üçün bu, mənasız görünə bilər. Ancaq mənim üçün bu, çox vacibdir. 

Məsələn, sənəti gözəl olub, şəxsiyyət olmayan müğənni ilə münasibət qurmuram. Hətta mahnısını belə dinləmirəm. Çünki istər- istəməz həmin adamdan iyrənirəm.  Özümdən aslı deyil, insan  xaraktersiz olanda onun başqa keyfiyyətləri gözümdə heç olub gedir. 

Hamm məni həyat yoldaşıma qulluq etdiyim üçün, bunu danışdığım üçün qınayır. Ancaq mən əxlaqsızlığı yox, ailə olmağı təbliğ edirəm. Vəzifəsindən, peşəsindən aslı olmayaraq bütün xanımlar ailə qurub, ana olsalar çox gözəl olar. 

İndi qızların çoxusu ailə qurmaq istəmirlər. Yaxud da  kiçik bir dava olan kimi ayrılırlar. Bunun hamıs dözümsüzlükdəndir. Yoldaşlarına hörmət etmirlər. Belə olmaz. Bu hal cəmiyyətə yaxşı nümunə deyil”.

ƏNTİQƏ