"Buldoq"un dişləri artıq "tülkü"nün qiymətli dərisinə keçib - 12 minlik Vaqner problemi
Bu gün sosial şəbəkələrdə ən çox müzakirələrə səbəb olan Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili öz Feysbuk səhifəsində Ermənistanın Baş naziri Nikol Paşinyana tövsiyəsidir edib.
O Paşinyana müraciət edərək qaçmağı məsləhət görüb:“Rusiya demək olar ki, bütün Ermənistan kənd təsərrüfatı məhsullarının və erməni konyakının idxalına qadağa qoyub. Amma bu qadağa Paşinyan üçün qırmızı işığı yandırmalıdır. Putin erməni konyakını yox, Paşinyanın özünü bəyənmədi və embarqo onu hakimiyyətdən sıxışdırmaq üçün növbəti addımdır.
Mən bunu Ermənistanın baş naziri üçün bir daha təkrar etmək istəyirəm. Hörmətli Nikol - qaç, daha sürətli qaç, KTMT-dən, Avrasiya İttifaqından arxaya baxmadan qaç, Avropa Birliyinə, NATO-ya, yeni regional birliklərə qaç! Amma ən əsası ayağınızı Rusiyadan uzaqlaşdırın, özünüzü və erməni dövlətçiliyini xilas edin! Putin buldoq kimidir. Dişlərini keçirdir və buraxmır. Sağ qalmaq üçün bu dişləmədən uzaqlaşın!Əminəm ki, hələ də gec deyil. Tərəddüd etməyi dayandırın. Gecikmək ölüm kimidir!”
Hiss edilir ki, Saakaşvilinin məsləhəti çox təlaşla yazıb. Vacib müraciətdir, çox heyf ki, müraciətin “əmma”sı var. Deməli, əslində Nikol qaçıb qurtarmaq üçün çox çabaladı, KTMT sammitinə qatılmadı, sənədini imzalamdı. ABŞ və Fransa xüsusi təyinatlılarını Qafqaza gətirdi, KTMT təlimlərinə “yox” deyib, adıgedən ölkərin hərbçiləri ilə hərbi təlimlər keçirdi. 30 illik ənənəni pozaraq silahı Rusiyadan deyil, Hindistan, İran və Fransadan aldı.Bunlar azmış kimi Zelenski ilə görüşlər keçirdi, xanımını Ukraynaya göndərib bəzi sənədlər imzalatdı.Ən pisi isə odur ki, Qərbin quraşdırdığı Roma statusuna qol çəkdi. Yəni, bu bədbəxtin balası əlindən gələni etdi ki, Rusiya ondan alət kimi istifadə etməsin, onu tapdalamasın.
Amma, Saakaşvilinin ifadəsi ilə desək, “buldoq”da buldoqdur. Ağız atdığı nahiyəni qoparılar. Beləki, xeyli vaxtdır ermənilər sosial şəbəkə hesablarında qorxa-qorxa yazırlar ki, “Vaqner” üzvləri İrəvandadır. Məsələnin kökü isə sosial şəbəkələrə sızdırılan məlumatlardan qaynaqlanır. “Vaqner”çilərin Ermənistana gəlməsi və çevriliş hazırlaması ilə bağlı məlumatlar hökumətə yaxın “Baqramyan” teleqram kanalında yayılıb. Deyilənlərə görə, 12 min “Vaqner” çinin Ermənistana gəldiyi iddia edilirdi. Hətta baş nazir məlumatın gerçək və ya yalan olduğunu araşdırmaq üçün Ermənistan MTN-nə tapşırıq da verib. Deməli, “buldoğ”un dişi artıq tülkünün dərisinə ilişib.
Qeyd edək ki, Saakaşvili bundan əvvəlki, ismarıcında da Paşinyana bildirmişdi ki, Putin səni bağışlamayacaq: Sizin son bəyanatlarınızdan, siyasi addımlarınızdan və xüsusən də Roma Əsasnaməsinin təsdiqindən sonra o, sizin əzəli düşməninizdir və əlində olan bütün imkanlarla: daxili iğtişaşlar, hərbi əməliyyatların təşviqi ilə sizi devirəcək. O, sizi iqtisadi cəhətdən boğacaq və hibrid müharibənin bütün arsenalını istifadə edəcək".
Əntiqə Rəşid
Digər Xəbərlər
02 Noyabr 2025 19:10
“Buna görə hüquq-mühafizə orqanlarına qarşı çirkin kampaniya aparırlar…”
02 Noyabr 2025 17:02
Sahibə Qafarova Ərəb Parlamentinin Prezidenti ilə görüşüb
02 Noyabr 2025 16:52
Leyla Əliyeva “EcoMind 2025” konfransında iştirak edib
02 Noyabr 2025 15:46
Abonentlər niyə pul ödəmək istəmir?!
01 Noyabr 2025 17:21
Hikmət Hacıyev "Zəngəzur dəhlizi"ndən foto paylaşdı
01 Noyabr 2025 14:32
Nazir Vilayət Eyvazov növbəti vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTOLAR + VİDEO
01 Noyabr 2025 14:23
Ramiz Mehdiyev klanına qarşı “təmizləmə əməliyyatı”: Geniş həbslər Bu Tarixdən BAŞLANACAQ
01 Noyabr 2025 10:46


Bakı -°C

