adalet.az header logo
  • Bakı -°C
29 Sentyabr 2026 10:40
53
HADİSƏ
A- A+

Ağsuda yanğın törədən şəxs tutuldu

Sentyabrın 28-də Ağsu rayonunun Kalva kəndinin ərazisində yerləşən fermanın həyətində yanğın baş verib və yaxınlıqdakı meşə sahəsinə keçib.

Adalet.az-ın məlumatına görə, nəticədə 30 hektar ərazidə ağac və kol-kos yanıb.

Polis əməkdaşları tərəfindən ehtiyatsızlıqdan yanğın törədən 1 nəfər müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.