Büdcə dəyişikliyində hansı sahələrə vəsait ayrılacaq? - AÇIQLAMA
Nazirlər Kabinetinin Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq 2022-ci ilin dövlət büdcəsinə əlavələr edilməsi ilə bağlı keçirdiyi İqtisadi Şuranın növbəti iclasında bu ilin büdcəsinə düzəlişlər hazırlanması üçün sahəvi qurumlara tapşırıqlar verilib.
Adalet.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, həmin qurumların təklifləri alındıqdan sonra layihə baxılması üçün Prezidentə təqdim olunacaq.
" "Büdcə sistemi" haqqında qanuna uyğun olaraq daha sonra layihə Milli Məclisin müzakirəsinə çıxarılacaq. 2022-ci ilin dövlət büdcəsində 1 barel neftin qiyməti 50 dollar nəzərdə tutulsa da, bu ilin ötən aylarında orta qiymət hər barel üçün 100 dollardan çox olub. Bu isə həm neft, həm də qeyri-neft sektorundan dövlət büdcəsinə daha çox vəsaitin daxil olmasına imkan yaradıb. Təbii ki, layihə hazırlanma mərhələsində olduğu üçün konkret dəyişikliklər ilə bağlı fikir söyləmək mümkün deyil. Dəyişikliklər layihəsi Milli Məclisə təqdim olunduqdan sonra bu istiqamətdə daha konkret müzakirələr aparmaq mümkün olacaq. Bununla yanaşı, Azərbaycanda sosial təminat sisteminin daha da gücləndirilməsi ölkə rəhbərliyinin xüsusi diqqətində olduğu üçün bu istiqamətə daha çox vəsaitin ayrılacağı istisna deyil. Digər tərəfdən, iqtisadi aktivliyin daha da genişləndirilməsi üçün ayrılacaq vəsaitlərin həcminin artırlacağı da gözləniləndir".
Deputat qeyd edib ki, mövcud təsdiq olunmuş büdcə sənədinə əsasən, 2022-ci ildə ilk dəfə sosial xərclərin ümumi büdcə xərclərindəki payı 45 faizdən çox olacaq.
"Büdcə xərclərinin 46.5 faizinin sosial istiqamətə yönəldilməsi sosial təminat məsələlərinin prioritet olduğundan xəbər verir. Bu il ərzində yalnız sosial istiqamətə 14 milyard manata yaxın vəsait ayrılacağı deməkdir. Büdcə imkanlarının artması sosial istiqamətə daha çox vəsaitin ayrılmasına imkan yaradır".
Digər Xəbərlər
02 Yanvar 2026 11:27
“2025-ci ildə Azərbaycanın valyuta ehtiyatları 14 faiz artaraq 83.6 milyard dollara çatıb”
01 Yanvar 2026 17:15
Pensiya artımları bu aydan hesablanacaq - VİDEO
01 Yanvar 2026 14:11
“Azərbaycan xarici borcunun ÜDM-dəki payına görə dünyada ən yaxşı göstəriciyə...”
01 Yanvar 2026 13:43
“Azərbaycan dünyada ilk 94, iqtisadi gücünə görə isə ilk 85 ölkə arasında təmsil olunur”
01 Yanvar 2026 13:38
Dövlət orqanlarında çalışanlar və könüllülər yeni qaydada sığortalanacaq
01 Yanvar 2026 12:54
Aylıq gəliri 8 min manatdan çox olanlar üçün sosial sığorta haqqı ARTIRILDI
01 Yanvar 2026 08:59
Evlərini kirayə verənlər üçün vergi dərəcəsi endirildi
31 Dekabr 2025 09:45


Bakı -°C

