adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
06 Oktyabr 2017 15:34
26302
MARAQLI

BU NEMESLƏR NƏ YEYİB-İÇİRLƏR Kİ, BELƏ OYNAYIRLAR

Elə bil futbolu hindlilərin dədələri yox (futbol Hindistandayaranıb, ingilislər onlardan öyrənib, sonra da deyiblər ki, biz kəşf eləmişik),bunların dədələri icad eləyib. Görən, bunlarnə yeyib-içirlər ki, belə oynayırlar? Dəfələrlə Almaniyada olmuşam, elə yönlü mətbəxləri də yoxdu. Bir az yekə-yekə ət parçalarıqızardırlar, bir də yekə-yekə kartofları var. Nə xaş bişirə bilirlər, nə plov, nəbozartma, nə xəngəl, nə dolma, saymaqla qurtaran deyil ki. Kartoflarının da eləbil dadı-duzu yoxdu, nəinki Gədəbəy kartofunun, heç Tovuz kartofunun yanında daağızlarını aça bilməzlər. Bir şnapsları var, tut arağının yanında apar tulla. Bütündünya da bilir ki, qoyun əti donuz ətindənyeməlidi. Özləri də bilir, amma Usta Zeynal demiş, bir yükdü düşüb boyunlarına,məcburdular yeyələr. Amma adamın Allahı var, pivələrinə söz ola bilməz. Bəlkə biz də futbolçularımıza alman pivəsi içirdək?