Bu həftə qəbul imtahanı verəcək abituriyentlərin NƏZƏRİNƏ!

Dövlət İmtahan Mərkəzi imtahan iştirakçılarına müraciət edib.
Adalet.az xəbər verir ki, müraciətdə deyilir:
"DİM-in keçirdiyi imtahanlarda diqqət yetirilən vacib məqamlardan biri də imtahan prosesinin müvafiq qaydalara uyğun və şəffaf şəkildə təşkil olunmasını təmin etməkdir. Bütün imtahan iştirakçıları üçün zəruri şəraitin yaradılması, onların bərabər şərtlər altında imtahanlarda iştirakı, imtahanda davranış qaydalarına riayət edilməsinə nəzarət və həyata keçirilən digər tədbirlər imtahan verənlərin bilikləri qiymətləndirilərkən ədalətli seçimin təmin edilməsinə yönəldilir.
Təəssüflər olsun ki, bəzi hallarda müəyyən şəxslər müxtəlif qeyri-qanuni üsullardan istifadə etməklə imtahanlarda müsbət nəticə əldə etməyə cəhd göstərirlər. İmtahanlarda daha çox mobil telefonla binaya daxil olmağa cəhd, müxtəlif əyani vəsaitlərdən istifadə, sual kitabçasını və cavab kartını dəyişmək, köçürməyə cəhd və digər hallara rast gəlinir. Lakin istər imtahan binasına daxil olan zaman, istər imtahan müddətində, istərsə də imtahandan sonra baş verən bütün hallar, qayda pozuntuları, DİM əməkdaşları, zərurət olduqda hüquq-mühafizə orqanları tərəfindən araşdırılır və müvafiq addımlar atılır.
Məlum olduğu kimi, qarşıdakı həftələrdə ali təhsil müəssisələrinə qəbul imtahanlarının birinci cəhdi keçiriləcək. Mayın 25-də II və III ixtisas qrupu üzrə imtahan verənlər artıq DİM-in saytına daxil olaraq buraxılış vərəqələrini çap edirlər. Abitiriyentlər həmçinin imtahanla bağlı davranış qaydalarını özündə əks etdirən “Yaddaş kitabçası” ilə mütləq tanış olmalıdırlar.
Yaddaş kitabçasında imtahanın məzmunu, iştirakçılar üçün tövsiyələr və tələb olunan qaydalar ətraflı şəkildə izah olunur. Orada aydın şəkildə tələb olunan sənədlər, imtahan binasında olma vaxtı, qadağan olunan hallar və s. göstərilir.
Bir daha imtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, istər girişdə yoxlama zamanı məqsədli şəkildə mobil telefonu gizlətməyə çalışdığı üçün imtahan zalına buraxılmayan, istər imtahan zalında üzərində telefon aşkarlanan, istərsə də digər qayda pozuntularına yol verən şəxslərin nəticələri ləğv olunur və onlar müsabiqədə iştirak etmək şanslarını itirirlər. Yəni, qayda pozuntusuna yol verənlər qəbul imtahanlarının ikinci cəhdinə də buraxılmırlar, həmçinin onlar birinci mərhələnin (buraxılış imtahanının) nəticəsinə əsasən V ixtisas qrupunun müsabiqəsində iştirak hüququnu itirirlər.
Digər Xəbərlər

IV və VI siniflərdə təhsil alan şagirdlərin 98 faizi monitorinqdə iştirak edib

Bağçalara qəbulda növbələrin yaradılması müvəqqəti dayandırılır

Bakıda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak edib – YENİLƏNİB

Kəlbəcərli Ayanın Amerikanı heyrətləndirən möhtəşəm UĞURU

İmtahanda nə baş verib? - Şagirdlər ağlayaraq çıxdı +VİDEO

Azərbaycan Universiteti beynəlxalq əlaqələrini genişləndirməyə davam edir - FOTO

Azərbaycan Universitetində abituriyentlər üçün “Açıq Qapı” günü keçirilib
