19 May 2025 15:26
245
MƏDƏNİYYƏT

Türkiyənin məşhur erməni fotoqrafı:Xudbin və istedadlı Ara Gülər

Türkiyədə çox məşhur bir erməni fotoqraf, foto müxbiri və yazıçı olub: Ara Gülər 16 avqust 1928, Bəyoğlu, İstanbulda doğulub, 17 oktyabr 2018 -də elə orda ölüb. Əsl adı Aram Terteryandır. Bu toplum elə bir buqələmundur ki, yaşadıqları ərazini özlərinə uyğunlaşdırır, yaxud da əksinə.


Ən böyük 7 fotoqrafdan biri hesab edilən Ara Gülər Türkiyə vətəndaşı olaraq dünyanın hər tərəfində tanınıb. Hələ 2014-cü ildə Ara Gülərə Türkiyənin Boğaziçi Universitetinin fəxri doktoru adı verilib. Hətta Universitetin rektoru Gülay Barabarosoğlu fəxri doktor sertifikatını şəxsən Ara Gülərə təqdim etdi.
Rektor dedi ki, Türkiyənin tarixi və ölkənin həyatı dünyaya Ara Gülərin vasitəsilə təqdim olunub, buna görə də böyük fotoqraf fəxri doktor adına layiq görülüb.

Amma onu da deməyi özümə borc bilirəm ki, dünyaca ünlü Ara Gülər öz toplumunun nümayəndələrindən düşüncəcə heç nə ilə fərqlənmirdi və verdiyi bütün müsahibələrində deyirdi ki, mənim çəkdiyim fotoşəkillər olmasaydı, 50-60-cı illərin İstanbulu indi yaddan çıxmışdı.
Ermənilik azarına tutulmuş Ara anlamır ki, İstanbulda Aradan başqa 10-17 milyon insan yaşayıb və onlar da İstanbulla bağlı fotolar çəkiblər.Yəni heç kim əvəzedilməz deyil..
Müsahibələrinin birində isə o vaxt “Yeni İstanbul” qəzetinin hekayə müsabiqəsinə “Ali İhsan Aygün” ləqəbi ilə qatıldığının səbəbini erməni olması ilə əlaqələndirir. Guya həmin dövrdə ermənilərə Türkiyədə yaxşı münasibət yox imiş.
Əlbəttə ki, yalan danışır. Haqqında söhbət gedən o illərdir ki, o vaxt erməni Matilda Manukyanın ən bərk gedən dövrü idi. M.Manukyan da bilirsiniz Türkiyənin ən böyük vergi ödəyicisi olub, dövlət xəzinəsinə milyonlarla xeyir verib, buna görə 6 dəfə dövlətdən mükafat alıb. Çünki işlətdiyi 37 fahişəxananın baş fahişəsi olub. Yəni patroniçəsi!
Yəni, Ara gözünün içinə qədər yalan deyirdi. Hətta əksinə ermənilər Türkiyədə türklərdən daha yaxşı yaşayırdılar. Ara Gülər demiş lap fransalı kimi.


Uzun sözün qısası, Ara Gülər haqqında Ermənistan və Türkiyə kinomatoqrafları film çəkəcəklər.


Adalet.az xəbər verir ki, layihə “Kara kedi Film” və “Luys” medianın ortaq işi olacaq. Ermənistanın “Anso Film” şirkəti və prodüserlər Ani Qalstyanla Ovannes Qalstyan çəkilişdə iştirak edəcəklər.

Filmin rejissoru Ela Alyamaç, ssenaristi isə Aren Perdecidir. Bu, Türkiyə ilə Ermənistan arasında ilk ortaq uzun metrajlı film istehsalı olacaq və Kann Film Festivalının “Marche du Film” bölməsində təqdim ediləcək.

Layihə həmçinin Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Kino Baş İdarəsi və TRT-nin “12 Punto” platforması tərəfindən də dəstəklənir. Ssenari inkişafı və arxivləşdirmə işi “Doğuş Holdinq”ə bağlı Ara Gülər ​​Arxiv və Araşdırma Mərkəzində aparılıb.

Qeyd edək ki, etnik erməni ailəsində doğulan Ara Gülər jurnalist fəaliyyətinə 1950-ci ildə “Yeni İstanbul” qəzetində başlayıb. Türkiyədə, bütün dünyada məşhur fotoqrafdır. XX əsrin əfsanəvi simalarının (Salvador Dali, Sofi Loren, Pikasso, Bertran Rassel, Uinston Çörçill, İndira Qandi və s.) fotosunu çəkmiş insandır. “Magnum” foto agentliyinin üzvü olub.  Ara Gülər ​​sağlığında iki dəfə ailə həyatı qurub. 1975-ci ildə Perihan Sarıözlə ilk evliliyini edən Gülər ​​4 il evli qalıb. Ara Gülər ​​1980-ci ildə tanış olduğu Suna Taşkıranla 1984-cü ildə ailə həyatı qurub.Dünyanı gəzən cütlüyün xoşbəxtliyi 2010-cu ildə Suna Taşkıran xanımın ölümü ilə bitib.Ara Gülərin övladı yoxdur.

Əntiqə Rəşid