IV və VI siniflərdə təhsil alan şagirdlərin 98 faizi monitorinqdə iştirak edib

Ölkə üzrə ümumi təhsil müəssisələrinin IV və VI siniflərində təhsil alan şagirdlərin təxminən 98 faizi monitorinqdə iştirak edib.
Adalet.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu məlumat verib.
O bildirib ki, 17 və 18 may tarixlərində dövlət ümumi təhsil müəssisələrinin IV və VI sinifləri üzrə monitorinq keçirilib:
"Monitorinq prosesi uğurla yekunlaşıb, iştirakçılıq təmin olunub.
Ölkə üzrə ümumi təhsil müəssisələrinin IV və VI siniflərində təhsil alan şagirdlərin təxminən 98 faizi monitorinqdə iştirak edib.
Bildiyiniz kimi, bu il ilk dəfə olaraq monitorinqin müəyyən bir hissəsi rəqəmsal formatda təşkil edilib.
Bakı şəhəri üzrə Təhsil İdarəsi və Abşeron-Xızı Regional Təhsil İdarələrinin tabelyində olan bir sıra ümumi təhsil müəssilərinin şagirdlərinin cəlb olunduğu, elektron qaydada təşkil edilən monitorinqdə 96% iştirakçılıq təmin edilib.
Həm Agentliyin, həm də regional təhsil idarələrinin əməkdaşları tərəfindən prosesin təşkili izlənilib. İştirakçılığın təmin olunması, eyni zamanda hər hansı xoşagəlməz halların baş verməməsi üçün müvafiq addımlar atılıb. Qeyd edim ki, monitorinqin məqsədi şagirdlərin bilik səviyyəsini ölçməklə yanaşı, həm müəllimlərə, həm proqram tərtibçilərinə, həm də təhsili idarəetmə orqanlarına vacib olan təhlilləri aparmaq üçün məlumat toplamaqdır” - deyə əlavə edib.
Digər Xəbərlər

Bağçalara qəbulda növbələrin yaradılması müvəqqəti dayandırılır

Bu həftə qəbul imtahanı verəcək abituriyentlərin NƏZƏRİNƏ!

Bakıda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak edib – YENİLƏNİB

Kəlbəcərli Ayanın Amerikanı heyrətləndirən möhtəşəm UĞURU

İmtahanda nə baş verib? - Şagirdlər ağlayaraq çıxdı +VİDEO

Azərbaycan Universiteti beynəlxalq əlaqələrini genişləndirməyə davam edir - FOTO

Azərbaycan Universitetində abituriyentlər üçün “Açıq Qapı” günü keçirilib
