Köçəryan 200 milyon dolları necə topladığını açıqlasın - Simonyan
Parlamentin sədri Alen Simonyan eks-prezident Robert Köçəryanın Baş nazir Nikol Paşinyanı Ermənistanın ən varlı adamı adlandırmasına sərt cavab verib.
Adalet.az xəbər verir ki, Modern.az-ın məlumatına görə, Simonyan bildirib ki, bu cür iddialarla çıxış edən hər kəs həkimə müraciət etməlidir.
“Çünki reallıq hamıya məlumdur: Paşinyan ölkə tarixinin ən açıq və şəffaf liderlərindən biri hesab olunur”.
Simonyan həmçinin Köçəryanın böyük sərvətinin mənbəyi ilə bağlı sual qaldırıb və təklif edib ki, keçmiş prezident onun 200 milyon dollara yaxın pulu necə topladığını izah etsin.
"İcazə verin soruşum ki, o pul “Artsax”dan, yoxsa Albaniyadan verilib?", - deyə spiker istehza ilə qeyd edib.
Digər Xəbərlər
26 Mart 2026 10:52
“Növbəti hədəf Laricanın yerinə yeni təyin edilən şəxs ola bilər”
26 Mart 2026 09:10
"ABŞ və İran arasında danışıqlar davam edir" - Tramp
25 Mart 2026 20:00
İran müharibəni bu halda dayandıracaq - 5 şərt irəli sürüldü
25 Mart 2026 19:51


Bakı -°C

