Azərbaycan Universitetində abituriyentlər üçün “Açıq Qapı” günü keçirilib

Azərbaycan Universitetində abituriyentlər üçün “Açıq Qapı” günü təşkil olunub. Tədbirdə “EDU Company” təhsil şirkətinin Nərimanov, 28 may, Elmlər Akademiyası, Xalqlar Dostluğu, Xırdalan və Sumqayıt filiallarının nümayəndələri və abituriyentləri iştirak edib.
Tədbir çərçivəsində 120-yə yaxın abituriyent və filial nümayəndələri üçün universitetdə infotur təşkil olunub, akt zalında universitet haqqında təqdimat edilib.
Təqdimatda iştirakçılara Azərbaycan Universitetinin tarixi, tədris olunan ixtisaslar, mübadilə proqramlarında iştirak, tələbələr üçün yaradılan digər imkanlar, tələbə həyatı haqqında ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, “Açıq Qapı” günü tədbirinin məqsədi universitetin tədris mühiti, infrastrukturu, maddi-texniki bazası ilə abituriyentləri tanış etmək, onların peşə və ixtisas seçiminə dəstək göstərməkdir.
Digər Xəbərlər

Xankəndidə ilk dəfə qəbul imtahanı keçiriləcək

Qarabağ Universitetində Həmkarlar İttifaqı təşkilatı təsis olundu - FOTOLAR

Müəllimlərin sertifikasiya imtahanlarının qrafiki bəlli oldu

308 nömrəli məktəbdə pul tələb olunmasına dair iddialara aydınlıq gətirilib

Bu qruplar üzrə qəbul imtahanları keçiriləcək

Azərbaycan Universitetində Türkiyə və Şimali Kipr nümayəndələri ilə görüş - FOTOLAR

Magistratura imtahanının nəticələri elan olundu
