Azərbaycan-Malayziya əməkdaşlığının genişlənməsi məmnunluq doğurur - Prezident
Xoş ənənələr üzərində qurulan Azərbaycan-Malayziya dövlətlərarası əlaqələrinin, qarşılıqlı inam və dəstəyə əsaslanan əməkdaşlığının inkişafı və genişlənməsi məmnunluq doğurur.
Adalet.az xəbər verir ki, bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevin Malayziyanın Kralı Sultan İbrahimə bu ölkənin milli bayramı - Müstəqillik Günü münasibətilə ünvanlandığı məktubda yer alıb.
Dövlətimizin başçısı İlham Əliyev məktubunda Kral Sultan İbrahimi və Malayziya xalqını öz adından və Azərbaycan xalqı adından təbrik edərək bildirib: "Əminəm ki, xalqlarımızın iradəsinə uyğun olaraq ölkələrimiz arasında dostluq münasibətləri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız birgə səylərimizlə bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək və daha da möhkəmlənəcəkdir".
Azərbaycan Prezidenti əlamətdar gün münasibətilə Malayziyanın Kralı Sultan İbrahimə cansağlığı, xoşbəxtlik, işlərində müvəffəqiyyətlər, dost Malayziya xalqına daim rifah və firavanlıq diləyib.
Digər Xəbərlər
26 Mart 2026 11:23
İlham Əliyev Banqladeş Prezidentini təbrik edib
26 Mart 2026 11:16
“Paşinyan ağıllansa da, Sarkisyan və Köçəryan...” – Politoloq
25 Mart 2026 20:19
"Ermənistan və Azərbaycan arasında sülh artıq öz etibarlılığını sübut edib" - Mirzoyan
25 Mart 2026 18:11
Sahibə Qafarova ilə görüşdə Azərbaycana təşəkkür etdi - FOTOLAR
25 Mart 2026 11:37
İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
25 Mart 2026 11:01
“Müharibənin daha üç il davam etməsi silah-sursat qıtlığına səbəb olacaq”
25 Mart 2026 10:07
“ABŞ-nin Tehranda dəyişə bilmədiyi rejimlə əməkdaşlığı təəcüblü deyil...”
25 Mart 2026 10:05


Bakı -°C

