Azərbaycan–Qırğızıstan əlaqələri strateji tərəfdaşlıq səviyyəsindədir - İlham Əliyev
Azərbaycan-Qırğızıstan əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi xalqlarımızın sarsılmaz iradəsinin və əməkdaşlığımızın daha da dərinləşdirilməsi istiqamətində əzmimizin bariz təzahürüdür.
Adalet.az xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarova bu ölkənin milli bayramı - Müstəqillik Günü münasibətilə ünvanlandığı təbrik məktubunda yer alıb.
Məktubunda Prezident Sadır Japarova və qırğız xalqına ən xoş arzularını çatdıran dövlətimizin başçısı İlham Əliyev qeyd edib: “Sizin rəhbərliyiniz altında qardaş Qırğızıstanda genişmiqyaslı quruculuq işləri və islahatlar həyata keçirilərək sosial-iqtisadi tərəqqi sahəsində sanballı uğurlar əldə olunmuşdur. Ortaq mənəvi dəyərlər və tarixi-mədəni köklər ilə bir-birinə bağlı olan ölkələrimiz arasında münasibətlərin hazırkı inkişaf dinamikası məmnunluq doğurur”.
Azərbaycan Prezidenti əmin olduğunu bildirib ki, ölkələrimiz arasındakı dostluq və qardaşlıq əlaqələrinin xoş ənənələrini yaşatmaq və möhkəmləndirmək, ikitərəfli və çoxtərəfli qaydada işbirliyini daha da genişləndirmək yolunda birgə səylər bundan sonra da müvəffəqiyyətlə davam etdiriləcək.
Digər Xəbərlər
25 Mart 2026 20:19
"Ermənistan və Azərbaycan arasında sülh artıq öz etibarlılığını sübut edib" - Mirzoyan
25 Mart 2026 18:11
Sahibə Qafarova ilə görüşdə Azərbaycana təşəkkür etdi - FOTOLAR
25 Mart 2026 11:37
İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
25 Mart 2026 11:01
“Müharibənin daha üç il davam etməsi silah-sursat qıtlığına səbəb olacaq”
25 Mart 2026 10:07
“ABŞ-nin Tehranda dəyişə bilmədiyi rejimlə əməkdaşlığı təəcüblü deyil...”
25 Mart 2026 10:05
“İsrailin İrana qarşı müharibəsi davam etsə də...” – Politoloq
24 Mart 2026 15:41
Sahibə Qafarova Çinə səfər etdi - FOTO
24 Mart 2026 10:11


Bakı -°C

