Pakistan və Ermənistan diplomatik əlaqələr qurdu
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Pakistanın baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar iki ölkə arasında diplomatik münasibətlərin qurulmasına dair birgə kommünike imzalayıblar.
Adalet.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
İmzalanma mərasimi Çinin Tianjin şəhərində keçirilən ŞƏT sammiti çərçivəsində baş tutub.
Bildirilir ki, kommünikeni imzalamaqla Ermənistan və Pakistan diplomatik əlaqələr qurur.
“İki ölkə hökumətləri suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, bərabərlik, qarşılıqlı fayda və dinc yanaşı yaşamaq prinsipləri də daxil olmaqla, BMT Nizamnaməsinə uyğun olaraq dostluq münasibətlərini inkişaf etdirməyə çalışır”, - deyə məlumatda bildirilir.
Digər Xəbərlər
26 Mart 2026 12:56
Türkiyənin “Salomon Cappadocia Ultra-Trail” marafonu mükafata layiq görülüb -FOTOLAR
26 Mart 2026 11:13
Türkiyənin neft tankeri dronla vurulub
26 Mart 2026 10:52
“Növbəti hədəf Laricanın yerinə yeni təyin edilən şəxs ola bilər”
26 Mart 2026 09:10


Bakı -°C

