Bu filmlərin istehsal xərcləri qismən geri ödəniləcək
Xarici prodüserləri Azərbaycan Respublikası ərazisində film istehsalına cəlb etmək məqsədilə filmlərin istehsalı üçün çəkilmiş xərclər qismən geri ödəniləcək.
Adalet.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan “Kinematoqrafiya haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, xarici və birgə istehsal filmlərinin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada şərtlərlə həyata keçiriləcək.
Bununla bağlı qanuna aşağıdakı yeni anlayışlar daxil ediləcək:
xarici film - bütövlükdə xarici prodüser (prodüserlər) tərəfindən istehsal edilən film;
birgə istehsal filmi - yerli və xarici prodüserlərin birgə istehsal etdikləri və milli film hesab edilməyən film;
xarici prodüser - əcnəbi və ya vətəndaşlığı olmayan şəxs və ya xarici hüquqi şəxs olan prodüser.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.
Digər Xəbərlər
19 Mart 2026 15:09
“Bizə intellektual verilişlər lazımdır ki, ideoloji təbliğat aparaq...”
18 Mart 2026 11:29
"Bu il daha 8 min müəllim attestasiya prosesinə cəlb olunacaq" - Nazir
16 Mart 2026 16:25
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
10 Mart 2026 14:53
Leyla Əliyeva "Qız Qalası" qalereyasında - VİDEO
10 Mart 2026 12:30
Əməkdar artist: ““Kor” rejissorlara rast gəlməmişəm”
10 Mart 2026 11:58
Özündən əvvəl səsi tanınan adam - Əntiqə Kərimzadə yazır…
10 Mart 2026 10:38
118 Yaşlı Füzuli Teatrı - Mirqiyas Seyidsoylu yazır
02 Mart 2026 09:57


Bakı -°C

