"Qanunsuz tikililər üçün edilən amnistiya sosial qayğıları həll etsə də..." - Mikayıl Cabbarov
Əminəm ki, bu forum çərçivəsində azad edilmiş ərazilərdə aparılan şəhərsalma və yenidənqurma fəaliyyətləri barədə çoxlu müzakirələr aparılır. Bu proses mövcud təzyiqin böyük bir hissəsini aradan qaldıracaq, çünki, 30 ildən çox vaxt keçdikdən sonra bir çox insan, nəhayət, öz yurduna qayıdır.
Adalet.az xəbər verir ki, bu sözləri "Dünyada mənzil üçün qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların dəyişdirilməsi" adlı tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazirin fikrincə, səhiyyə və təhsil təminatından tutmuş qeyri-formal iqtisadiyyata qədər bu məsələlər bugünkü sessiyada ətraflı müzakirə olunacaq. "Son illərdə biz çoxmənzilli yaşayış binalarının istismarına icazə verilməsi prosedurlarının sadələşdirilməsi istiqamətində də bir sıra addımlar atmışıq. Həmçinin, əsas şəhərsalma standartlarına cavab verən fərdi evlər və bu tipli qeyri-formal yaşayış məskənləri üçün müəyyən amnistiyalar tətbiq etmişik. Bununla belə, təcrübəmiz göstərdi ki, leqallaşdırma məsələsinə çox ehtiyatla yanaşmaq lazımdır. Çünki, qanunsuz tikililər üçün edilən sadə bir amnistiya müəyyən bir zaman kəsiyində bəzi sosial qayğıları həll edə bilsə də, gələcəkdə qeyri-qanuni tikintiləri daha da stimullaşdıra bilər", - deyə o əlavə edib.
Mikayıl Cabbarov bunun qeyri-təhlükəsiz binaların yaranmasına, torpaqdan plansız istifadəyə, kənd təsərrüfatı və meşə torpaqlarına, su resurslarına, eləcə də kritik infrastruktur zonalarına təzyiq baxımından uzunmüddətli risklər yaratdığını diqqətə çatdırıb.
Digər Xəbərlər
16 Iyun 2026 18:06
Əhali mağazalarda ayda orta hesabla 496,9 manat xərcləyir
16 Iyun 2026 13:43
"Əgər bu istiqamətdə real addımlar atılarsa, İran iqtisadiyyatına..."
16 Iyun 2026 10:29
Dünya bazarında qızıl və gümüş ucuzlaşıb
16 Iyun 2026 10:02
“Azeri Light”ın qiyməti 86 dollara düşdü
15 Iyun 2026 15:15
Azərbaycan vasitəsilə Ermənistana buğda göndərildi - YENİLƏNİB
15 Iyun 2026 10:02
"Brent"in qiyməti martdan bəri ilk dəfə 84 dollardan aşağı düşdü
12 Iyun 2026 13:26
"İqtisadi siyasətdə yüksək artım tempi hər zaman inkişaf göstəricisi sayılmır" - Deputat
12 Iyun 2026 12:57


Bakı -°C

