BMMT və Körfəz Əməkdaşlıq Şurasının Baş katibləri arasında görüş oldu
Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) Baş katibi Ərgüc Kələntərli 1 fevral tarixində Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) Baş katibi Casim Məhəmməd əl-Budeyvi ilə görüşüb.
Bu barədə Adalet.az-a BMMT-dən məlumat verilib.
Bildirilib ki, görüş zamanı tərəflər BMMT ilə KƏŞ arasında əməkdaşlığın mövcud vəziyyətini və inkişaf perspektivlərini müzakirə edib, üzv dövlətlərlə ortaq təşəbbüslərin və birgə fəaliyyətin əhəmiyyətini vurğulayıblar. Xüsusilə, Körfəz Əməkdaşlıq Şurasına üzv bütün ölkələrin BMMT-nin də tamhüquqlu üzvü olması qeyd edilib, bu əsasda birgə layihələrin həyata keçirilməsi, potensialın gücləndirilməsi proqramlarının icrası, eləcə də müvafiq qurumlarla əməkdaşlıq çərçivəsində ixtisasartırma və təlim fəaliyyətlərinin təşkili məsələlərinə xüsusi diqqət yetirilib.
Görüş zamanı, həmçinin, BMMT-nin humanitar fəaliyyəti və təşkilatın humanitar mandatı çərçivəsində həyata keçirdiyi layihələr də daxil olmaqla, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər əməkdaşlığın gələcəkdə də uğurla davam etdirilməsi və genişləndirilməsi barədə razılığa gəlib, mövcud tərəfdaşlığın müsbət və qarşılıqlı faydalı istiqamətdə inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.
Digər Xəbərlər
02 Fevral 2026 18:44
Prezidentin BƏƏ səfərindən VİDEO
02 Fevral 2026 17:33
Totux-motux vətənpərvərlər dövrü - Səxavət Məmməd yazır
02 Fevral 2026 16:31
İlham Əliyev BƏƏ-də səfərdədir - FOTOLAR
02 Fevral 2026 16:28
"Satınalma ilə bağlı ciddi və sanballı dəyişikliklər etməliyik" - Deputat
02 Fevral 2026 13:22
“Sağlam düşüncəli və vətəninə bağlı gənclik dövlətin dayağıdır”
02 Fevral 2026 13:15
Gənclərə qayğı dövlət siyasətinin prioritet istiqamətidir
02 Fevral 2026 12:59
"İpoteka verilən kimi işbazlar evlərin qiymətlərini qaldırırlar" - Deputat
02 Fevral 2026 12:52


Bakı -°C

