adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
06 Iyul 2017 11:57
34059
ƏDƏBİYYAT

Bizə iki qəbir qazın - Zəhranın xatirəsinə

Adalet.az yazıçı Azad Qaradərəlinin "Bizə iki qəbir qazın" hekayəsini təqdim edir.


BalacaZəhranın xatirəsinə

Onə səs idi elə? Göylər bir anda qəzəbləndi. İşıqlı, odlu-alovlu dolular yağdıbaşımıza. Dolu işıqmı saçar, ay ana? Nənə, ay nənə, sənə nə oldu? Bəs həmişə mənəqorxma deyirdin, niyə qışqırırsan? Qorxma e, ay nənə, qorxma. Göy guruldayır.Allah baba qəzəblənib, başımıza dolu tökür... Amma bilmirəm ki, bu dolular niyəişıq saçır?

Mən niyə dura bilmirəm? Üzüm aşağı axan nədir? Qandır? Bəs niyə istidir?Yandırır e üzümü... Bəlkə şəkil çəkəndə rəng bulaşıb üzümə? Hə? Niyə bəsyandırır?

Ana, ay ana. Niyə qışqırırsan? Ata, sizə nə olub? Deyəsən axı mən ölmüşəm?Nənəm də ölüb? Ölmək belə olur? Hamı ayaq üstə, təkcə sən yerə uzanmısan. Özü dəha qışqırsan da, səni eşitmirlər. Eeee... Bu nədi e üstümə örtüblər? Nəfəs alabilmirəm axı, götürün bunu...

Nənə, ay nənə! Barı sən məni eşit! Biz ölmüşük? Ermənilər öldürdü bizi?Əgər biz ölmüşüksə, erməninin əsgərləri bizi öldürübsə, onda niyə bu adamlarağlaşırlar? Niyə hücuma keçmirlər?.. Amma yox, hücuma keçsinlər, ermənininuşaqlarını öldürməsinlər... Axı uşaq hər yerdə uşaqdır... Özü də günahsız... Mənbir azca böyüsəydim, əlim qələm tutsaydı, bütün dünyanın uşaqlarına məktubyazardım, bütün uşaqları birliyə çağırardım! Hamımız ölkələrimizin sərhədlərinəyığışıb müharibəyə etiraz edərdik... Eheyyyyyy! Dünya uşaqları! Siz mənieşidirsiniz??????

Bunədir? Bizi hara gətirirlər?

Hə.Anladım. Bir dəfə eşitmişdim ki, ölüləri torpağa dəfn edirlər. Bizi də nənəmləburada – qəbiristanda dəfn edəcəklər yəqin? Dayan, dayan... Qəbirin biri yekə,biri balacadır. Lap əl boyda... Yəqin o balaca yerdə məni dəfn edəcəklər. Yox,e, yox. Olmaz axı! Birdən ağac kimi, ot kimi torpağın altında bitdim, kökatdım, böyüdüm? Bəs onda mən bu balaca əl boyda qəbirə necə sığaram?

Olmaz, e, olmaz. Mən axı burda tək qorxaram! Nə olar, nənə, atama de, qoyməni sənin qucağında dəfn etsin... Qorxuram o dar qəbirdə təkcə...

...Eheyyyyyyy!Dünya uşaqları! Siz məni eşidirsiniz!? Sizi də böyüklər güllə ilə öldürəcəklər!Ananızdan ayırıb əl boyda balaca qəbirdə basıracaqlar! Qoymayın, qışqırın!Deyin ki, ya müharibələri dayandırın... ya da heç olmasa bizə iki qəbir qazın:birində də arzularımızı dəfn etmək üçün...