Binəqədidə Xalq Cümhuriyyətinin 98-ci ildönümü ilə bağlı tədbir keçirilib

Binəqədi rayon İcra Hakimiyyətində (RİH) Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 98-ci ildönümünə həsr olunmuş məlumat saatı keçirilib.
RİH-dən bildirilib ki, məlumat saatında RİH başçısının müavini Vüsar İsmayılov, tarix elmləri doktoru, professor Solmaz Tohidi - Rüstəmova, Aparatın şöbə müdirləri, əməkdaşları, rayon icra nümayəndələri, bələdiyyələr və YAP Binəqədi rayon təşkilatının fəal üzvləri iştirak ediblər. Vüsar İsmayılov müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin çoxəsirlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafında böyük əhəmiyyətindən danışıb.
Solmaz Tohidi - Rüstəmova «Müstəqilliyin çətin yolu - Azərbaycan Xalq Cümhuriyyəti” adlı mövzu ətrafında mühazirə ilə çıxış edib. Mühazirədən sonra məlumat saatı diskussiya şəkilində davam etdirilib.
Sonra tədbir iştirakçıları Azərbaycanın Dövlət Himnini səsləndiriblər.
Digər Xəbərlər

Seyfulla Əzimov Milli Məclisdə hesabat verəcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

ABŞ Beynəlxalq Dini Azadlıq Komissiyası yenə Azərbaycanı hədəf seçdi

""Məcburi əmək” yerinə, “zorla işlətmə” ifadəsi işlədilsin" - Deputat

İlham Əliyev Yaşar Güləri qəbul etdi - FOTOLAR

Bakıdan PKK-nın ləğvi qərarına REAKSİYA

İlham Əliyev PKK-nın özünü ləğv etməsinə görə Ərdoğanı TƏBRİK ETDİ - FOTO
