""Məcburi əmək” yerinə, “zorla işlətmə” ifadəsi işlədilsin" - Deputat

“Hesabatda “məcburi əmək” söz birləşməsindən istifadə olunub. Bu, ingiliscədən tərcümədir. Bizdə Konstitusiyanın 35-ci maddəsinin 3-cü hissəsində “heç kəs zorla işlədilə bilməz” ifadəsi işlənir. Tövsiyyəm budur ki, “məcburi əmək” yerinə, “zorla işlətmə” ifadəsi işlədilsin”.
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının müzakirəsi zamanı deputat Erkin Qədirli deyib.
“Çünki məcburiyyətlə əmək sözlərinin müsbət mənaları ola bilir. Lakin “zorla” sözü çox aydın və kəskindir. Cinayətlərin dinamikası artır, amma məsuliyyətə cəlb olunan insan alverçilərinin sayı getdikcə azalır. Bunun iki məqamı var, ya təmərküzləşdirmə baş verir, ya da informasiya texnologiyalarını nəzərə alsaq, bizim hüquq-mühafizə orqanlarımızın əli çatmayan başqa ölkədə oturub onlayn vasitələrlə bu ticarəti təşkil edir”, - deyə deputat bildirib.
Digər Xəbərlər

ABŞ Beynəlxalq Dini Azadlıq Komissiyası yenə Azərbaycanı hədəf seçdi

İlham Əliyev Yaşar Güləri qəbul etdi - FOTOLAR

Bakıdan PKK-nın ləğvi qərarına REAKSİYA

İlham Əliyev PKK-nın özünü ləğv etməsinə görə Ərdoğanı TƏBRİK ETDİ - FOTO

Konqresmenlər Trampa qarşı: Soyqırımı tanı, Azərbaycana sanksiya tətbiq et...

Bəhreyn vəliəhdi: Azərbaycanla əlaqələrin möhkəmləndirilməsində maraqlıyıq

Milli Məclisdə Qlobal Cənuba dair müzakirə təşkil olunacaq
