Binə qəsəbəsində mağazadan oğurluq edənlər saxlanılıb
Paytaxtın Xəzər rayonunun Binə qəsəbəsində yeni yaradılan Polis Bölməsinin əməkdaşları cinayətkarlıqla qətiyyətli mübarizə aparırlar.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, 3-cü Polis Bölməsinə müraciət edən Binə qəsəbə sakini olan qadın mağazasından ərzaq malları, tütün məmulatı və enerji içkilərinin oğurlandığını bildirib.
Dərhal müvafiq araşdırmalar aparılıb. "İsti izlər”lə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər də oğurluğa görə məhkum olunmuş Polad Nəbiyev, Şəmsi Məmmədli və Samir Əliyev saxlanılıblar.
Araşdırma aparılır.
Digər Xəbərlər
01 May 2024 09:43