Biləcəridə ağır qəza - ölənlər və xəsarət alanlar var - YENİLƏNİB
06.09.2025-ci il tarixində saat 09:40 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
Bu barədə cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, çağırış əsasında ilkin olaraq 5 təcili tibbi yardım briqadası ünvana cəlb olunub.
Son məlumata görə, 3 nəfər (1 kişi, 2 qadın cinsli) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Hazırda onların müayinə və müalicələri davam etdirilir.
2 nəfərin (kişi cinsli) hadisə yerində həkiməqədər ölüm faktı qeydə alınıb.
***
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Adalet.az xəbər verir ki, əlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib.
Əlavə məlumat veriləcək.
***09:58
Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Adalet.az-ın məlumatına görə, idarəetməni itirən yük maşını körpüdən aşağıdakı avtomobillərin üzərinə düşüb.
Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir./Unikal
Digər Xəbərlər
16 Sentyabr 2026 18:01
Avtomobillə toqquşan marşrut avtobusu aşdı - Yaralılar var - VİDEO
16 Sentyabr 2026 17:14
Badamdarda yaşayış binasında partlayış: xəsarət alan var
16 Sentyabr 2026 12:13
Mənzilin qapı zənginə oyanmayan uşağı - Xilasedicilər eyvandan girib oyatdı -VİDEO
16 Sentyabr 2026 11:13
Xınalıq yolunda sürüşmə oldu - VİDEO
15 Sentyabr 2026 17:13
Xırdalanda qumbara partladı - 19 yaşlı qız öldü
15 Sentyabr 2026 11:52
Bu yolda hərəkət edən sürücülərin diqqətinə - Qatı duman var
15 Sentyabr 2026 11:01
1200 yaşı olan qəbiristanlığı dağıtdılar - VİDEO
15 Sentyabr 2026 09:56


Bakı -°C

