adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Bəlkə pəncərənin özüyəm elə... - Emin Akif yazır

9275 | 2018-06-25 13:33

Yer təkyaranmadı, başqa planetlər yarandı. Günəş tək yaranmadı, başına döndü planetlər.Adəm tək qalmadı, Həvva yarandı. Sonra bütün canlılar da tək yaranmadı, dişisiyarandı, erkəyi yarandı. Mənsə, tək yarandım...

- Bacın qurban, niyə bikefsən?

- Heç...

- De görüm.

- O qız var idi ha...

- Sevdiyin?

- Hə, ayrıldıq.

- Ağlama.

- ...

Başımasığal çəkən bacım Sənubərin dizlərində yuxuya getdim.

Yer təkyaranmadı, başqa planetlər yarandı. Günəş tək yaranmadı, başına döndü planetlər.Adəm tək qalmadı, Həvva yarandı. Sonra bütün canlılar da tək yaranmadı, dişisiyarandı, erkəyi yarandı. Mənsə, tək yarandım...

- Bacın qurban, ağlama.

Özü də ağlayır.

- Necə ağlamayım? Bəs necə olacağıq atasız?

- Sən varsan... anamız var...

- Məni boş ver, Sənubər, get anamın yanına, sən onadaha çox lazımsan.

Anamıqucaqlayan bacım.

Anama həyanduran bacım.

Yer təkyaranmadı, başqa planetlər yarandı. Günəş tək yaranmadı, başına döndü planetlər.Adəm tək qalmadı, Həvva yarandı. Sonra bütün canlılar da tək yaranmadı, dişisiyarandı, erkəyi yarandı. Mənsə, tək yarandım...

- Qardaşım, darıxma, hər şey yaxşı olacaq. Bizvarıq, bacımıza, anamıza birlikdə unutdurarıq atamızın yoxluğunu.

- Böyüklüyünə sığınıram, Yaşar. Sən mənim bundansonra atamsan.

Yer təkyaranmadı, başqa planetlər yarandı. Günəş tək yaranmadı, başına döndü planetlər.Adəm tək qalmadı, Həvva yarandı. Sonra bütün canlılar da tək yaranmadı, dişisiyarandı, erkəyi yarandı. Mənsə, tək yarandım...

Bütünbunlar xülyadır.

İnsan əslindəheç vaxt cüt olmurmuş. Bu ömür bir neçə stansiya yol getdiyin adam doluqatarmış, evə getdiyin yolmuş, alış-veriş etdiyin bazarmış. Əvvəl-axırayrılırsan hər kəsdən. Onlar səni sadəcə, ölümə qədər ötürürlər, yol yoldaşıolurlar. Amma mən istəməzdim belə olsun. Mən istəyərdim ki, getdiyim qatardakıinsanlardan biri bacım Sənubər olsun, biri qardaşım Yaşar. Bilirsən, güzgübaşqadır, pəncərə başqa. Mən özümə pəncərələrdə baxmaqdan bezdim. Pəncərələrdəözümü yalnız qaranlıqlarda görürəm. Bəlkə də pəncərənin özüyəm elə. Nə çöldəyəm,nə evdə. Nə evə məxsusam, nə çölə. Heç kiminəm. Allah da belədir.

Azadlıqadlıq haldadır, nə sənindir, nə mənim.

Xoşbəxtlikadlıq haldadır, nə səndədir, nə məndə.

Allahadlıq haldadır, nə sənindir, nə mənim, nə səndədir, nə məndə.

Sondahamımız çıxışlıq halına dönürük.

Adlıq vəçıxışlıq hal arasındakı zamandı ömür.

Düşünürəm ki, bacım olsaydı adı Sənubər olardı,qardaşımınsa Yaşar. Sənubər yaşca məndən böyük olardı, xəlvətə çəkib"mama bilməsin siqaret çəkməyimi" deyərdim. Sənubərin saçlarıylaoynayardım. Elə bilərdim ki, qadın dünyanın ən etibarlı ağacıdır, onun kölgəsindəbütün əzabların istisindən, əzabından qorunmaq olar.

Qardaşım Yaşar da məndən böyük olduğuna görə arxamda qardaş nəfəsi hissedərdim. Elə bilərdim ki, qardaş dünyanın ən möhkəm qayığıdır. Bu problemlərindərinliyində, təlatümündə məni batmağa qoymayacaq.Və ən çox da atam dünyasını dəyişəndəqaçıb Sənubərin dizlərinə ağlayardım. Yaşar bir şillə çəkərdi üzümə. Ki, yekəkişisən, bundan sonra Sənubərə də, mamaya da biz ikimiz baxmalıyıq. Anamın daqucaqlayıb ağlamağa, evdə həmdəm olmağa bir qızı olardı. Təəssüf ki, mən bu xəyalidünyamın qoxusunu yazılardan alıram...

TƏQVİM / ARXİV