“Bazarstore”un dəstəyi ilə jurnalistlər üçün “COP29 və media” təlimi keçirilib - FOTO
Bazarstore marketlər şəbəkəsinin dəstəyi, Azərbaycan Jurnalistlər Şəbəkəsinin təşkilatçılığı ilə media nümayəndələri üçün "COP29 və Media" təlimi baş tutub.
Yaxın günlərdə ölkəmizdə keçiriləcək dünya əhəmiyyətli, beynəlxalq layihənin işıqlandırılmasında medianın rolunun böyük olduğu qeyd olunub. Keçirilən təlimdə ekoloji problemlər, dünyanın yaşadığı iqlim böhranı müzakirə edilib. Eyni zamanda bu istiqamətdə materialların hazırlanmasında jurnalistlərə lazım olan informasiyaların mahiyyətindən danışılıb.
Həmçinin ətraf mühitin qorunmasında dövlət və özəl qurumların üzərinə düşən öhdəliklərdən, həyata keçirilən korporativ sosial məsuliyyət layihələrinin əhəmiyyətindən söhbət açılıb.
Təlimin sonunda iştirakçılara onlayn sertifikat, yaşıl və sağlam dünyanın simvolu kimi dibçəkdə gül hədiyyə olunub.
Qeyd edək ki, Bazarstore daim ekoloji layihələrə öz dəstəyini göstərib. Müxtəlif dövrlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə "Bir ağac- min nəfəs", "Tullantıları tinglərə dəyiş" layihələrinin reallaşmasında yaxından iştirak edib.
Digər Xəbərlər
14 Sentyabr 2026 19:12
Azərbaycan və Türkiyə arasında media əməkdaşlığının inkişafı müzakirə olunub - FOTOLAR
08 Sentyabr 2026 13:32
I Bakı Türkoloji Qurultayı və Milli Mətbuatın 50 illik yubileyi - Faktlar
04 Sentyabr 2026 09:46
“Azərsun Holdinq” jurnalistlər üçün təlim keçirdi
03 Sentyabr 2026 20:28
Azərbaycana qarşı dezinformasiya kampaniyası aparılır - MEDİA
31 Avqust 2026 20:12
“Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib” - MEDİA
29 Avqust 2026 20:58
Bütün media subyektləri qanunvericiliyin tələblərinə əməl etməlidir! - BƏYANAT
22 Avqust 2026 12:29
MEDİA Nuraninin vəfatı ilə bağlı başsağlığı verdi
21 Avqust 2026 15:30


Bakı -°C

