adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
11 Dekabr 2019 14:25
211297
MƏDƏNİYYƏT

Bayram Bayramov doğum günüdür - 101 yaş

Sovet dövrünün gəncləriolan bizlər onu "Arakəsmələr”, "Xəzinə”, "Bəlalı sevgim”, "Fəhləqardaş”, "Yarpaqlar”, "Cıdır düzü”romanları ilə tanıdıq, sevdik. Və kitablarını sevdiyimiz kitabların yanınaqoyduq, özünü isə sevdiyimiz ədiblərimizlə bərabər tutduq. 

Söhbət görkəmlinasir, Xalq yazıçısı Bayram Bayramovdan gedir. Sevilən yazıçımızın keçdiyi həyatvə yaradıcılıq yoluna nəzər salaq:” Bayram Salman oğlu Bayramov 1918-ci ildekabrın 11-də Qarabağ bölgəsinin Ağdamın rayonunun (o vaxtkı Yelizavetpolquberniyasının Şuşa qəzası) Şivənd kəndində anadan olub. 1934-1938–ci illərdə Yeddiillik kənd məktəbini bitirib Ağdam Pedaqoji Texnikumunda təhsilinidavam etdirib. 1938-1942-cı illərdə Tərtər rayonundakı Qusanlı kənd natamamorta məktəbində müəllim , Müsəlmanlar kəndində natamam orta məktəbin tədrishissə müdiri, Xoruzlu kənd yeddiillik məktəbində məktəb müdiri işləyib. 

1942-ciildə Böyük Vətən müharibəsində Mozdok uğrunda döyüşlərdə iştirak edib, ağıryaralanıb . Hərbi xəstəxanada sağaldıqdan sonra altı ay Yevlax rayonununQoyunbinəsi kənd yeddiillik məktəbində müdirlik edib. 1943-cü ilin aprelindəyenidən Sovet Ordusu sıralarında qulluğa yola düşüb. 1944-1945-ci illərdə tərxisolunub doğma kəndlərinə qayıdarkən burada pedaqoji fəaliyyətini davam etdiribyeddiillik məktəbin müəllimi işləyib. 1945-1971-ci illərdə ADU-nun fılologiyafakültəsində təhsil alıb. Sonra N.K.Krupskaya adına kitabxanaçılıq texnikumundamüəllim , Azərbaycan radiosunun ədəbi dram verilişləri redaksiyasında məsulredaktor, "Azərbaycan" jurnalı redaksiyasında ədəbi işçi, AzərbaycanYazıçılar İttifaqında nəsr üzrə məsləhətçi işləyib. Dövlətnəşrkomda sədrmüavini kimi çalışıb. 1984-cü ildə Azərbaycan Xalq yazıçısı fəxri adına,1990-cı ildə Azərbaycan Dövlət mükafatına layiq görülüb. 1988-ci ildə Qarabağhadisələri başlayanda fəal ictimai mövqeyi ilə seçilib. Qarabağa Xalq YardımıKomitəsinin sədri vəzifəsində fəaliyyətini davam etdirərək AzərbaycanRespublikası Ali Sovetinin deputatı (1990) seçilib. Bədii yaradıcılığa 1950-ciildə "Azərbaycan gəncləri" qəzetində çıxan "Körpü" adlı ilkhekayəsi ilə başlayıb. Həmin vaxtdan dövri mətbuatda müntəzəm çıxış edib. "Arakəsmələr”,"Xəzinə”, "Bəlalı sevgim”, "Fəhlə qardaş”, "Yarpaqlar”, "Cıdır düzü” və s.romanların müəllifidir. Sovet dövründə ən çox oxunan yazıçılardan biri olub. ƏsərləriSSRİ-də, eyni zamanda xarici ölkələrdə tərcümə və nəşr olunub. Dilinin sadəliyi,axıcılığı, əsərlərində yeniliyin hər dəfə mühafizəkarlığa qalib gəlməsi onuoxuculara sevdirən başlıca cəhətlərdən biriydi. Bayram Bayramovun 80-ci illərinaxırlarında "Azərbaycan” jurnalında "Üzlü-astarlı günlər” adlı avtobioqrafikromanı çap olundu. Həmin romanı gənclər çox maraqla oxuyurdu. 

Yazıçı bu əsərdəözünün məşəqqətli və əzablı həyat yolu haqqında oxucuya məlumat verməkləyetinmir, həmçinin 30-40-50-ci illərin ictimai-siyasi, mənəvi mənzərəsini göstərir.Yazıçının "Karvan yolu” romanı xalqımızın ən işıqlı simaları Cəlil Məmmədquluzadəninvə onun həyat yoldaşı, əslən Qarabağdan olan ziyalı, maarifçi Həmidə xanımCavanşirin həyat və fəaliyyətlərinin əzablı, müsibətli dövründən bəhs edir.Bayram Bayramov həmçinin "Mən ki gözəl deyildim” "Firəngiz” "Onun bəlalısevgisi” filmlərinin ssenari müəllifidir.

Əntiqə Rəşid