01 Sentyabr 2025 15:00
152
HADİSƏ

Batma təhlükəsi ilə üzləşən 26 yaşlı qadın xilas edildi - VİDEO

Xəzər dənizində batma təhlükəsi ilə üzləşən 26 yaşlı qadın xilas edilib.

Bu barədə Adalet.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində bir nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub. FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb edilib və 1999-cu il təvəllüdlü Jalə Şakir qızı Rzayeva xilas edilib.