adalet.az header logo
  • Bakı -°C
29 Avqust 2025 12:12
586
HADİSƏ
A- A+

4 yaşlı qız "ASAN Xidmət"in ikinci mərtəbəsindən yıxılaraq ölüb

Bu gün səhər saatlarında 4 yaşlı Həbibova Mələk Nicat qızı Şəki "ASAN Xidmət" mərkəzinin ikinci mərtəbəsindən yıxılıb.

Adalet.az APA-ya istinadən xəbər verir ki, azyaşlı dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.