Qaraçuxurda hərbi sursat tapıldı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, A.A.Şadlınski küçəsində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd F-1 əl qumbarası olduğu müəyyən edilib.
Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
Digər Xəbərlər

Batma təhlükəsi ilə üzləşən 26 yaşlı qadın xilas edildi - VİDEO

FHN: Ötən həftə ərzində 672 yanğına çıxış olub, 5 nəfərin meyiti aşkarlanıb

Tanınmış jurnalistə ağır itki- FOTO

Ucarda ev yandı

“Mənim əl-qolumu bağlamışdı” - Döyülən uşaqların anası-VİDEO

Valideynləri tərəfindən döyülən körpə süni nəfəs aparatına qoşuldu

Kürdəmirdə itkin şəhid Rizvan Hacıyev dəfn olunub - YENİLƏNİB
