adalet.az header logo
  • Bakı -°C
27 Aprel 2026 18:12
89
İQTİSADİYYAT
A- A+

Baş nazirdən benzin və dizel yanacağı ilə bağlı QƏRAR

Baş nazir Əli Əsədov daxili yanacaq bazarında sabitliyin təmin edilməsi və fasiləsiz təchizatın qorunması məqsədilə qərar qəbul imzalayıb.

Bu barədə Adalet.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Qərara əsasən, 01 may 2026-cı il – 31 mart 2027-ci il tarixlərində idxal olunan Aİ-92 markalı benzin və dizel yanacağı üzrə aksiz vergisi müvəqqəti olaraq hər ton üçün 1 manat səviyyəsində müəyyən edilib.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 2026-cı il 1 may – 2027-ci il 31 mart tarixlərində idxal etdiyi Aİ-92 benzini və dizel yanacağı üçün müvafiq olaraq 205 min ton və 201 min ton yuxarı hədd müəyyən edilib.