adalet.az header logo
  • Bakı -°C
25 Aprel 2026 17:55
73
İQTİSADİYYAT
A- A+

“Azərbaycan ilə Ukrayna arasında ticarət dövriyyəsi 510 milyon dollara çatıb”

“Bu gün Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər. Azərbaycan ilə Ukrayna arasındakı strateji tərəfdaşlıq son illər daha da dərinləşib. Son dörd il ərzində prezidentlər səviyyəsində yeddi görüşün keçirilməsi də bunun əyani təsdiqidir. Azərbaycan Ukraynaya humanitar yardım göstərən dövlətlərdən olmaqla yanaşı, iqtisadiyyatın fərqli sahələrində əməkdaşlığı daha da gücləndirir”.

Adalet.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib. 

O, bildirib ki, ğtən il Azərbaycan ilə Ukrayna arasında ticarət dövriyyəsi 11 faiz artaraq 510 milyon dollara çatıb:

“İl ərzində Azərbaycandan Ukraynaya 227 milyon dollarlıq məhsul göndərilib. Azərbaycanın ixrac etdiyi qeyri neft-qaz məhsullarının 5.5 faizi Ukraynaya çatdırılır”.

“Rusiya-Ukrayna savaşı texniki və infrastruktur baxımından ölkələrimiz arasındakı ticarət dövriyyəsinə təsirsiz ötüşməsə də potensial kifayət qədər yüksəkdir. 2021-ci ildə Azərbaycan ilə Ukrayna arasındakı 922 milyon dollarlıq ticarət dövriyyəsi qeydiyyata alınmışdı. Müharibə səbəbindən Ukraynanın, demək olar, əksər tərəfdaşları ilə ticarətdə azalma qeydə alınıb. Belə ki, savaş nəticəsində 2025-ci ildə 2021-ci il ilə müqayisədə Ukraynanın ümumi ixracatı 60 faiz azalaraq 68.2 milyard dollardan 40 milyard dollara düşüb. Bununla yanaşı, 2023-cü ildən başlayaraq ölkərimiz arasındakı ticarət dövriyyəsində yenidən artımlar qeydə alınmaqdadır”. 

Onun sözlərinə görə, son 2 ildə Azərbaycan ilə Ukrayna arasındakı ticarət dövriyəsi 31 faiz artıb:

“İki ölkə arasındakı əməkdaşlıq potensial sadəcə ticari əlaqələr ilə məhdudlaşmır. Hərbi sənaye kompleksi daxil olmaqla ölkələrin bir sıra strateji sahələrdə birgə əməkdaşlıq qurmaq imkanları var. Ölkələr arasındakı səmimi və strateji tərəfdaşlığa əsaslanan münasibətlər birgə layihələrin icrası üçün yeni imkanlar yaradır. Ukrayna Prezidentinin Azərbaycana səfəri ölkələr arasındakı strateji münasibətlərin daha da dərinləşməsinə töhvə verəcək”.

Vasif ƏLİHÜSEYN