adalet.az header logo
  • Bakı -°C
27 Aprel 2026 18:11
82
AVTOMABİL
A- A+

Bu gecədən hərəkət məhdudlaşdırılır

Rahat və təhlükəsiz hərəkətin təmin olunması məqsədilə 28 aprel saat 00:00-dan etibarən Müzəffər Nərimanov küçəsindən Araz küçəsinədək olan hissədə (Ulduz metro stansiyası) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Adalet.az xəbər verir ki, məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq.

Sürücülərdən xahiş olunur:

• aparılan işlərə anlayışla yanaşsınlar; 

• əvvəlcədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etsinlər.