Baş direktor: “Bakcell” yeni innovativ məhsullar üzərində işləyir

“Bakcell” şirkəti hər iki-üç aydan bir bazara yeni məhsullar təqdim edir.
Adalet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında şirkətin baş icraçı direktoru Klaus Müller deyib.
O qeyd edib ki, yeni məhsullar deyərkən ilk növbədə sabit internet, süni intellekt dəstəkli tarif məsləhətçisi və abunəçilər üçün önəmli ola biləcək digər məhsullar nəzərdə tutulur.
“Biz xidmətlərin diversifikasiyasını nəzərdən keçiririk. Növbəti iki il üçün “Bakcel” bu yanaşmanı təqdim edəcək. Bu günə qədər olan klassik rabitə xidmətlərimiz yerində qalacaq, paralel olaraq yeni innovativ xidmətləri abunəçilərimizə təqdim edəcəyik. Hazırda bunun üzərində işləyirik. Növbəti aylarda bu haqda ictimaiyyətə məlumat veriləcək”, - deyə K.Müller bildirib.
Digər Xəbərlər

“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib - FOTOLAR

“Bakcell” 4-cü “YAŞAT” düşərgəsinin tərəfdaşıdır - FOTOLAR

Hərbi xidmətlə bağlı məlumatlarda YENİLİK

Mobil telefonlar başa bəladır

“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşı olacaq

“Bakcell” süni intellekt təlimi təşkil etdi - FOTOLAR

Bu il Azərbaycana 260 mindən çox smartfon idxal edilib
