“Bakcell” süni intellekt təlimi təşkil etdi - FOTOLAR

İnnovasiya və sürət lideri "Bakcell" media nümayəndələrinə “Süni intellektin iş mühitində tətbiqi" mövzusunda növbəti təlim təşkil edib.
Adalet.az xəbər verir ki, Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü çərçivəsində keçirilən tədbirdə 50-dən çox media nümayəndəsi iştirak edib.
Təlimin əsas məqsədi jurnalistləri süni intellekt sahəsində ən son trendlər ilə tanış etmək, dəyişən dünyada innovasiya və son dövr yeniliklərin mediada tətbiqi ilə bağlı praktik tövsiyələr vermək olub. Təlim zamanı süni intellektin telekommunikasiyada rolu və “Bakcell”in süni intellekt əsaslı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumat verilib. Tədbir çərçivəsində iştirakçılar süni intellektin kommunikasiya sahəsində istifadəsinə dair əhatəli biliklər qazanıblar.
Bu təşəbbüs “Bakcell”in innovasiya və süni intellekt strategiyası çərçivəsində rəqəmsal həllərin cəmiyyət üçün faydaya çevrilməsi istiqamətində atdığı ardıcıl
və məqsədyönlü addımların növbəti nümunəsidir.
"Bakcell" haqqında
"Bakcell" Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan "Bakcell" süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
"Bakcell" müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Digər Xəbərlər

DİN süni intellekt və İT sahələri üzrə təqaüd proqramına start verdi

İKTA yeni elektron hesabatlılıq sistemini işə salıb

Kiberməkanda genişmiqyaslı məlumat sızması ilə əlaqədar XƏBƏRDARLIQ

Ukraynada müharibə nə zaman bitəcək? - Süni intellektin cavabı məyus etdi

Azərbaycan mobil xidmətlər üzrə qabaqcıl ölkələr sırasındadır

“Bakcell”in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində

“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib - FOTOLAR
