Mobil telefonlar başa bəladır
İndi çox nadir adam tapılar ki, mobil telefondan istifadə etməsin.
Artıq mobil telefon bizə hava, su kimi lazımdır. Amma ondan da elə istifadə olunmalıdır ki, o, sənə ziyan vurmasın! Heç kimə sirr deyir ki, bəzən Bakıda piyadalar təyin olunmamış yerdən keçərkən belə telefonla danışır, avtomobillərin hərəkətinə diqqət yetirmir. Və nəticədə bir çox halda belələri avtomobillə vurulur, sonra da bütün məsuliyyəti piyadaların deyil, sürücülərin üzərinə düşür. Amma bu o demək deyil ki, sürücülər sükan arxasında mobil telefonla danışmırlar.
Dəfələrlə bir hadisənin şahidi olmuşuq ki, həm sərnişin daşıyan avtobus sürücüləri, həm də fərdi avtomobilləri idarə edən insanlar sükan arxasında mobil telefonla danışır.Bununla yanaşı, bəzi intizamsız sürücülər siqaret çəkir, tum çırtlayır.Təbii ki, bunlar hamısı birmənalı olaraq qanun pozuntusudur. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Toğrul Nəsirli deyir ki, sükan arxasında mobil telefonla danışmaq qanuna ziddir.
Çünki sürücü telefonla danışırsa, onun diqqəti yayınır və qəza şəraiti yaranır. Onu görə də bu qanun pozuntusuna görə sürücülər 50 manat məbləğində cərimə edilir. Bir daha sürücülərdən xahiş edirik ki, yol hərəkəti qaydalarına əməl etsinlər və qanunu pozub qəza şəraiti yaratmasınlar!
Emil Faiqoğlu
Digər Xəbərlər
14 Aprel 2026 15:43
Bakcell-in baş icraçı direktoru vəzifəsindən ayrıldı
13 Aprel 2026 09:30
"Google" və "Intel" əməkdaşlığı genişləndirir
10 Aprel 2026 09:35
ETX Macarıstandan daxil olan müraciət əsasında araşdırma aparıb
06 Aprel 2026 16:36
“Bakcell” ilə ingilis dilini “Singit” tətbiqində öyrən
05 Aprel 2026 16:08
Çin şirkətləri ABŞ ordusu barədə "kəşfiyyat məlumatları" satmağa başlayıblar
02 Aprel 2026 16:36
Azərbaycanda TikTok istifadəçiləri üçün YENİ QAYDA
01 Aprel 2026 17:39
Vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası aşkarlanıb
31 Mart 2026 15:02


Bakı -°C

