“Bandotdel”dən Bakıda əməliyyat: Saxlanılanlar var - VİDEO
Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (“Bandotdel”) əməkdaşları tərəfindən üzərilərində və yaşadıqları evlərdə qanunsuz olaraq odlu silah-sursat, eləcə də narkotik vasitələr saxlayan şəxslərə qarşı əməliyyatlar həyata keçirilib.
Nazirlikdən verilən məlumata görə, keçirilən tədbirlər zamanı Əli Abbaslı, tanışı Ələkbər Məmmədov, Aqil Qarayev və Hamlet Vəliyev narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilindikləri üçün saxlanılıblar.
Onlardan ümumilikdə 23 kiloqram narkotik vasitə heroin, marixuana və 1 590 ədəd metadon həbi aşkar edilərək götürülüb. Saxlanılan şəxslər narkotik vasitələri satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
Baş idarə əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyatlar zamanı üzərilərində qanunsuz olaraq odlu silah-sursat saxlamaqda şübhəli bilinən Natiq Səfərov və Ceyhun Nuriyev saxlanılıblar. Onlardan iki ədəd lüləsi və qundağı kəsilmiş ov tüfəngi aşkar olunub.
Qeyd olunan faktlarla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Adları sadalanan şəxslər barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbirləri seçilib. Saxlanılanların cinayət əlaqələrinin aşkar edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Digər Xəbərlər
26 Iyun 2026 09:45
Bakı və bölgələrdə narkotik əməliyyatı: 9 nəfər saxlanıldı - VİDEO
25 Iyun 2026 13:11
Bakıda dəniz sahilində su polisi əməliyyat keçirdi - Saxlanılan var
24 Iyun 2026 10:31
“Jurnalist-bloqer” həbs edildi - 10-dan çox şikayətçi var
22 Iyun 2026 11:19
Oğurluqla məşğul olan motosikletçi tutuldu - VİDEO
20 Iyun 2026 12:52
Özünü prokuror kimi tanıtdı - Dələduzluq ittihamı ilə həbs edildi
18 Iyun 2026 12:05
Cinayətdə şübhəli bilinən 42 nəfər saxlanıldı
18 Iyun 2026 11:58
Almaniyada tutularaq ölkəmizə gətirildi - 33 il əvvəl qətl törədib
16 Iyun 2026 10:39


Bakı -°C

