adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
27 Mart 2019 17:12
75464
MÜSAHİBƏ

Baloğlan Əşrəfov: "Qurban Qurbanovun milli komandadan uzaqlaşdırılmağı səhv idi" - MÜSAHİBƏ

Onun futbol azarkeşi olduğu heç kimə sirr deyil. Elə söhbətimizi də məhzfutbola, daha dəqiq desək, milli komandamızın son iki oyununa həsr etdik.Beləliklə, "Ədalət" qəzetinin suallarını tanınmış müğənni, əməkdarartist Baloğlan Əşrəfov cavablandırır.

- Baloğlan müəllim,istərdim ki, əvəlcə futbol millimizin son iki oyunu barədə danışaq.

- Xorvatiya ilə oyunabaxmışam, amma Litvayla yoldaşlıq görüşünü İranda qastrolda olduğum üçün izləyəbilmədim. Futbol oynamasam da, əlli illik azarkeşlik təcrübəm var. Hətta sovetdövründə "Neftçi"nin oyununa gəlmək üçün deyirdim ki, guya Bakıdatoyum var. Mənim sözüm "Quran" ayəsi deyil. Amma birinci oyuna görədeyə bilərəm ki, məşqçi dəyişikliyi nətəcini dəyişməyəcək. Hətta dünyanın əngüclü məşqçisini də milli komandamıza təyin etsən, əgər futbolçularımızınfiziki durumu, sürəti, texnikası geri qalırsa, məşqçi bədbəxtin balası heç nəedə bilməyəcək. İlk növbədə uşaq futbolu inkişaf etdirilməlidir ki, nəticəqazana bilək. Elə bil xarici oyunçular "Mersedesdir, bizimkilər"Jiqulu". Nə də etsən xeyri olmayacaq axı. Hər şey bünövrədən, kökdənbaşlayır. Futbolçuları qınamıram, əllərindən gələni etdilər. On beş dəqiqədənartıq sürətli oynaya bilmirəm. Bir məsələyə də münasibət bildirmək istərdim.Bizdə bəzi futbolçular barədə mif yaranıb. Nazarovun oyununa baxdınmı?

- Bəli, imkanlarındanaşağı səviyyədə çıxış etdi...

- Əgər zəif oynayırsa,niyə mütləq əsas heyətdə oynamalıdır? Buna deyirlər, kor tutduğunu buraxmır.

- Kimlərin oyunununisbətən bəyəndiniz?

- Onlar özoyunçularımızla oynasa, fərqi hiss edə bilərəm. Amma Xorvatiyada dünya şöhrətlioyunçuların qarşısında nəsə etmək mümkün deyil. Mən oyuna baxanda bizimkilərqolu təzəcə vurmuşdular. Özüm də dəhşətə gəldim ki, bizimkilər xorvatlara qolunecə vurublar? Sevindim ki, Azərbaycan doğrudanmı Xorvatıyaya qol vura bilib?

- Sizcə yenə də nəticəməğlubiyyət olacaqdısa, Qurban Qurbanovun millidən uzaqlaşdırılması kimlərəlazım idi?

- Bunlar elə şeylərdirki, onları dilimə gətirə bilmərəm. Niyə məni məhkəməyə verib desinlər ki, bubizim şəxsi işimizə qarışır. Əlbəttə, Qurban Qurbanov milli futbol mətbəximizibilir, kimin necə oynadığını bilir. Xarici məşqçilər gedəndən sonra deyirlərki, filan qədər məvacib alırdıq. Yurçeviç Qurbanovdan yaxşı məçqçidirsə, hanınəticə? Ayıb deyil?


- Yurçeviç daha çox köməkçi məşqçi işləyib. Yalnız Zaqreb"Dinamo"sunda baş məşqçi kimi çalışıb.

- Xaricdən gələnməşqçilərin içində o qədər "bezdarnı" məşqçi var ki.

- SizcəQurban Qurbanova daha bir il şans vermək olmazdımı?

-Qardaşım, mən azarkeşəm, öz hüququmu tələb edirəm. Məni kimin nə maxinasiyaetdiyi, hansı hoqqalardan çıxdığı maraqlandırmır. İstəyirəm ki, millətiminkomandası xaricdən gələn zir-zibil məşqçilərin əlində qalmasın. İki ildən birməşqçi dəyişərlər? Ayıb deyil? Qurban Qurbanovun millidən uzaqlaşdırılmasınınqəti əleyhinə idim. Bunu təcrübəli azarkeş kimi deyirəm. Əgər Qurbanov pisməşqçi olsaydı, dünyanın adlı-sanlı komandası ilə mübarizə apara bilməzdi.Doğrudur, "Qarabağ"da legionerlər var, amma ona vaxt verilsəydi yaxşıişlər görəcəkdi. Əlinin papağını Vəlinin başını qoymaqla futbol olmaz, belədavam edə bilməz. Bir şeyi formalaşdırmaq üçün vaxt lazımdır. Qurban Qurbanovunnecə mütəxəssis olduğunu hər kəs bilir.

-AFFA-nın baş katibi Elxan Məmmədov bildirib ki, millimizdən belə intizamlı oyungözləmirmiş. Amma cəmi 2-3 gün sonra Macarıstan millisi xorvatları məğlub etdivə hazırda qrupumuzda sıfır xalla sonuncu pillədəyik. Ümumiyyətlə, bu qrupdabizim perspektivimizi necə görürsünüz?

-Millinin oyunçularını da tanıyıram, oyunlarına da, texnikalarına da bələdəm.Ola bilər ki, kim üçünsə millimizin uğur qazanacağı inandırıcı görünə bilər.Atamın ruhuna and olsun ki, xeyri yoxdur, bu işlə ciddi və peşəkar səviyyədəməşğul olmaq lazımdır. Hər şey uşaq futbolunun inkişafından başlayır. Mənməhəllədən uşaq yığaram, on beş dəqiqə oynayarlar, sonra bitdi.

-Sizcə, milli çempionatdakı komandaların sayının azalması da millinin oyununa təsirsizötüşmür. Hər halda, əvvəl çempionatımızda "Xəzər Lənkəran","Kəpəz", Bakı" kimi güclü klublar çıxış edirdi...

-AFFA-nın çox məsul işçilərindən biri illər öncə mənə demişdi ki, əgər"Xəzər Lənkəran" çempionatdan uzaqlaşsa, sən Azərbaycan çempionatındanbir şey gözləmə, rəqabət olmayacaq. Lənkəranın stadionun hər oyunda tamdolurdu, çox gözəl azarkeşləri var idi. Əlbəttə, rəqabət olmayandan sonra millidə bu vəziyyətdə olacaq.

- Bu ilçempionatımızda əsas mübarizə "Qarabağ" və "Neftçi"arasında gedir. Kimi daha şanslı görürsünüz?

- Hərzaman Qurban Qurbanovun məşqçilik və təşkilatçılıq bacarığına inanmışam.İnanmıram ki, Qurban Qurbanov şansı əldən verə. "Qarabağ" bu il dəçempion olacaq.


İntiqamVALEHOĞLU