Əhmədinejadın ofisi Mossad-ın iddialarını təkzib etdi
İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın ofisi "The New York Times" qəzetində onun İsrailin xarici kəşfiyyat xidməti Mossad ilə əlaqədə olması və ev dustaqlığına salınması barədə yayılan xəbərləri təkzib edib.
Adalet.az xəbər verir ki, qəzetin iddiasına görə, Əhmədinejad Mossad ilə əlaqələrinə görə ev dustaqlığına alınıb. Nəşr, İsrail kəşfiyyatının uzun müddətdir keçmiş prezidentlə əlaqə saxladığını və onu Tehranda mümkün hakimiyyət dəyişikliyindən sonra keçid fiquru kimi nəzərdən keçirdiyini yazıb.
Qeyd olunub ki, Əhmədinejad iyulun 6-da İranın mərhum ali rəhbəri Əli Xameneinin dəfn mərasimində iştirak etdikdən qısa müddət sonra saxlanılıb.
Əhmədinejadın ofisinin yaydığı bəyanatda isə bu iddialar "tamamilə yalan" adlandırılıb. Bəyanatda bildirilir ki, NYT hərbi gərginlik fonunda ictimai rəyi çaşdırmağa və keçmiş prezidentin nüfuzuna zərbə vurmağa çalışır.
Digər Xəbərlər
14 Iyul 2026 11:43
Fransada meşələri yandıran 59 nəfər həbs edildi
14 Iyul 2026 09:25
Müharibə nə vaxt bitəcək? - Trampdan cavab
14 Iyul 2026 09:10
NATO sammitində çalınan mehtər marşı ilə bağlı Ərdoğandan açıqlama
13 Iyul 2026 21:57
Knesset həmin layihə üzrə səsverməni - Dayandırdı
13 Iyul 2026 21:51
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı geniş kampaniyaya başlayır
13 Iyul 2026 21:43
Avropada misli-görülməmiş istilər - 10 mindən çox ölüm halı
13 Iyul 2026 20:52
Taylandda gecə klubunda dəhşətli yanğın - 27 ölü, 63 yaralı
13 Iyul 2026 20:24


Bakı -°C

