Xalq artisti: “Oğlum orda qəza törətdi, ona görə də…”
Xalq artisti Nazpəri Dostəliyeva şou-proqramların birində onunla bağlı bir məqama aydınlıq gətirib.
Adalet.az bildirir ki, müğənni izləyicilərdən birinin “Nazpəri xanımŞ “Nazpərinin kruqu” ifadəsi nə məsələdir” sualına olduğu kimi cavab verib:
“Siz dediyiniz həmin dairə Lökbatan qəsəbəsində yerləşir. İllər əvvəl bu dairə tikiləndə, inşasından 2-3 gün keçmişdi. Böyük oğlum Əli (dünyasını dəyişib) dostları ilə mənim maşınımla həmin məkanda yüksək sürət səbəbindən qəza törətmişdi. Mən həmin yeri təmir etdirdim. Çünki təzə inşa olunmuş dairəvi yola övladım zərər vermişdi axı. Ona görə də o vaxtdan həmin yerə “Nazpərinin kruqu” deyirlər”.
Əntiqə


Bakı -°C

