adalet.az header logo
  • Bakı -°C
28 Iyul 2026 13:21
67
MƏMLƏKƏT
A- A+

Elə  gün olmur ki...  

Yay mövsümü gələndə çoxları sevinir ki, dənizə , çaya, gölə gedib doyunca çiməcəm. Və çimirlər də! Ancaq elə adam var ki, üzməyi bacarmadığı halda suyun dərinliyinə baş vurur. Bu zaman o ya burulğana , ya da  başqa təhlükəli yerə düşür və boğulur.

Əgər yaxınlıqda xilasedicilər, eləcə də üzməyi bacaran adam varsa, suda boğulan insana  kömək edir  və onu  ölümün pəncəsindən qurtarır.Allah eləməmiş bunu bacaran yoxsa, həmin insan suda boğularaq ölür. Çox təəssüf ki, aparılan maarifləndirmə işlərinə baxmayaraq, bir çox insanlar xilasedicilərin  tövsiyələrinə əməl eləmir, onların dediklərini qulaqardına vururlar! Artıq ölkə ərazisində bu il suda boğulub ölənlərin sayı yüz nəfərə yaxınlaşır. Bu, fakt çox narahatedici hadisədir. Hər gün eşidirik ki, kimsə suda batıb.

Özü də suda batanların 99 faizi xilasedicilərin  nəzarət etmədiyi yerlərdir! Hətta son vaxtlar  Sumqayıt çimərliyində bataraq dünyasın dəyişən hüquq -mühafizə orqanlarının əməkdaşıdır. Hansı ki, həmin şəxs kifayət qədər savadlı və dünyagörüşlü bir insan olub. Sadəcə olaraq qanuna əməl etmək və məsuliyyətli olmaq lazımdır. Dəniz bilmir ki, sən kimsən, nəçisin. Bir sözlə, çoxlarımız üzməyi bacarmırıq. Yəni üzməyi öyrənib, sonra dənizə, çaya , gölə çimməyə getmək lazımdır.Əks- təqdirdə yay mövsümündə dənizdə çimərkən kiminsə , boğularaq öldüyü xəbərini eşidəcəyik.Bu, özümüz və doğmalarımız da ola bilər! Allah bizi o faciəli gündən qorusun!!!

Emil FAİQOĞLU