Bakıda sursat aşkarlandı - VİDEO
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonu ərazisində hərbi sursatların aşkar edilməsi barədə məlumat daxil olub.
Adalet.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 1 ədəd F-1 əl qumbarası, 1 ədəd RQD-5 əl qumbarası və 1 ədəd UZRQM partladıcısı olduğu müəyyən edilib.
Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
Digər Xəbərlər
12 Dekabr 2025 19:09
Azərbaycanda yasda 20-dən çox şəxs dəm qazından ZƏHƏRLƏNDİ
12 Dekabr 2025 12:57
“Qobu Park”dakı yanğında ölənlərin sayı 5-ə çatdı
12 Dekabr 2025 09:58
Bakıda qəza güclü yanğına səbəb oldu - VİDEO - YENİLƏNİB
11 Dekabr 2025 17:37


Bakı -°C

