Küləkli hava şəraiti ilə bağlı XƏBƏR: 4 nəfər yaralandı
Küləkli hava şəraiti ilə əlaqədar baş verən hadisələr nəticəsində 4 nəfər xəsarət alıb.
Adalet.az xəbər verir ki, güclü küləyin təsiri nəticəsində üç qadın və bir kişi Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub.
Xəsarət alan şəxslərə tibb müəssisəsində müvafiq tibbi yardım göstərilib. Onların vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar.
Vətəndaşlara ev şəraitində müalicə və tibbi nəzarətlə bağlı müvafiq tövsiyələr verilib.
Mütəxəssislər güclü küləkli hava şəraitində vətəndaşları ehtiyatlı olmağa çağırırlar. Belə hava şəraitində mümkün qədər açıq ərazilərdə, ağacların, reklam konstruksiyalarının və digər təhlükə yarada biləcək obyektlərin yaxınlığında dayanmamaq tövsiyə olunur.


Bakı -°C

